Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının ərazisində dəyişiklik edilir.
Sabahinfo.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.
Məsələ Regional məsələlər komitəsinin noyabrın 27-də keçiriləcək iclasında müzakirə olunacaq.
İclasda həmçinin, “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanunun layihəsinin müzakirəsi nəzərdə tutulub.