ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan arasında dəhlizlə bağlı gərginliyin artması barədə xəbərlərə münasibət bildirib.
Ned Prays bəyan edib ki, ABŞ ardıcıl olaraq Ermənistanla Azərbaycan arasında uzunmüddətli, əhatəli nizamlanma yolunun tapılmasının vacibliyini vurğulayıb və gərginliyin azaldılmasına çağırış edib.
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri bu məqsədlə ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyanın görüşünü təşkil etdiklərini xatırladıb.
“Biz əlimizdən gələni edirik, ən əsası isə bu iki ölkə gərginliyin azaldılması üçün mümkün olan hər şeyi edir”.