Ukraynanın şərqində Rusiyapərəst separatçılara 12 min rus əsgəri dəstək verir. Bu barədə Amerikanın ordu komandiri Ben Hodqes Berlində deyib. O bildirib ki, ABŞ ordusunun apardığı hesablamalara görə, Rusiya qüvvələrinə hərbi müşavirlər, silah əməliyyatçıları, döyüşçülər daxildir. Moskvanın ötən il ilhaq etdiyi Krımda isə 29 min Rusiya əsgəri var: "Ukraynaya silahlı kömək Rusiya prezidenti Vladimir Putinin ölkəsində üzləşdiyi riski artırır. Analar oğullarının meyitini görəndə, qiymətlər qalxanda, ölkəyə dəstək də azalır.” O, Ağ evin hələlik Ukraynaya silah göndərmək qərarını vermədiyini, Vaşinqtonun diplomatik həll tərəfdarı olduğunu diqqətə çatdırıb.