ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
Bildirilir ki, onlar Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını müzakirə ediblər. Blinken hər iki tərəfin davamlı və ləyaqətli sülhə dair danışıqlarda müsbət sürəti davam etdirməsinin vacibliyini vurğulayıb.