
Qeyd edək ki, ABŞ bundan əvvəl İŞİD-ə qarşı mübarizədə suriyalıların hazırlanması məqsədi ilə 400 hərbçi göndərmək niyyətində olduğunu bildirib. Polkovnik Stiv Uorren bildirib ki, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı artıq öz ərazilərində bu məqsədlər üçün təlim bazası yaratmaq təklifi ilə çıxış edib.