ABŞ-ın Kiyevdəki səfirliyi bu ölkədəki Amerika vətəndaşlarına çağırış edib.
Sabahinfo.az xəbər verir ki, səfirlik onları Ukrayna ərazisini təcili tərk etməyə çağırıb.
ABŞ rəsmilərinin əldə etdiyi məlumata görə, yaxın günlərdə Rusiya hərbi qüvvələri mülki infrastruktur və dövlət idarələrinə aviazərbələr endirəcək.
"ABŞ səfirliyi Amerika vətəndaşlarını istənilən yerüstü nəqliyyat növü ilə təhlükəsiz əraziyə keçməyə çağırır. Kiyev və iri şəhərlərdə qalmaq təhlükəlidir", - deyə xəbərdarlıqda vurğulanır.
Ukrayna hökuməti isə münaqişənin avqustun 25-dən kəskinləşəcəyini gözləyir.