Adil Əliyev Tərtərdə

Tərtər rayonunda şəhid ailələrinə evlərin təqdim edilməsində iştirak etdim. Bu məqsədlə Tərtər rayonuna gedərək, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri ilə birlikdə əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzdük. Sonra Şəhidlər xiyabanına gələrək vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini yad edildi. Daha sonra "Çarbağ” MMC-nin direktoru Anar Həsənov tərəfindən Tərtər rayonunda tikilmiş dördotaqlı fərdi yaşayış evləri Vətən müharibəsində həlak olmuş iki şəhidin ailələrinə təqdim edilib. Evləri təqdim edərkən, Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında göstərmiş olduğu şücaətə toxunaraq, ərazi bütövlüyümüzün bərpa olunmasında şəhid və qazilərimizin fədakarlıqlarını yüksək qiymətləndirilməsini qeyd etdim.Həmçinin Tərtər rayonunun qorxmazlıq simvoludur, xain düşmənin mülki əhalini hədəfə almasına baxmayaraq, xalqımızın Prezidentin başçılığı ilə tariximizin ən parlaq Qələbəsini qazandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələrinə və qazilərə qayğı göstərilməsi daim diqqət mərkəzindədir. Şəhid ailələrinin qayğıları ilə maraqlanmaq, habelə onları narahat edən məsələlərin yüksək səviyyədə həll edilməsi hər birimizin vətəndaşlıq və vəzifə borcudur. Bu istiqamətdə həyata keçirilən nəcib təşəbbüslərə dəstək olan “Çarbağ” MMC-nin direktoru Anar Həsənova minnətdarıq, qədirbilən xalqımız öz qəhrəmanlarına yüksək dəyər verməsi hər birimizi sevindirir.
Adil Əliyev
Milli Məclisin deputatı