Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Milli Məclisə deputat secildiyi 20 saylı Nərimanov II seçki dairəsində şəhid ailələrinin, qazilərin, habelə secicilərin karantin qaydalarının tələblərinə uyğun olaraq göz müayinəsi təşkil edilmişdir. "Dünyagöz" xəstəxanasının iştirakı ilə keçirilən müayinə zamanı 100-ə yaxın vətəndaş yerində yüksək səviyyədə müayinə olunmuş, ilkin diaqnoz qoyulmuşdur. Habelə, əlavə müayinəyə və müalicəyə ehtiyacı olan şəxslərin təkrar müayinələri təşkil edilmişdir. Şəhid ailələri, qazilər, habelə ərazidə yaşayan vətəndaşlar təşkil edilmiş tədbirə görə minnətdarlıq etmişlər. Müayinələr hazırda da davam edir.