Ağcabədidə iti gölməçəyə salaraq işgəncə verdilər - VİDEO

Ağcabədi rayonunda itə şiddət göstərilib.

Bu barədə sosial şəbəkələrdə video yayılıb. Belə ki, itin boynuna ip bağlanaraq, gölməçədə işgəncə verilib. 

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılmış videogörüntü ilə əlaqədar Ağcabədi Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır:

“Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.