Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə BP Azərbaycan nümayəndələrinin görüşü olub. Agentlikdən bildiriblər ki, keçirilən görüşdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, qurumun Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə Sosial investisiya qrupunun rəhbəri Xalid Rəcəbov, Agentliyin Layihələr departamentinin müdiri Elnur Bağırlı və digər nümayəndələri Toğrul Məmmədli, Leyla Rəhimova iştirak ediblər.
Görüşü giriş nitqi ilə açan Aygün Əliyeva Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə qonaqlara məlumat verib. Bildirilib ki, Agentliyin yaradılmasında məqsəd ölkənin vətəndaş cəmiyyəti institutlarının inkişafı, həmçinin onların Azərbaycanda rahat və şəffaf fəaliyyətinin qurulmasını təmin etməkdir. Agentlik təkcə daxili deyil, beynəlxalq istiqamətdə də təcrübələrdən istifadə etməyi əsas hədəf götürüb.
Sonra çıxış edən Bəxtiyar Aslanbəyli səmimi qəbula görə Agentliyin əməkdaşlarına təşəkkür edib və keçirilən bu görüşün birgə işlərin görülməsi istiqamətində məhsuldar olacağını diqqətə çatdırıb.
Görüşdə Agentliklə BP Azərbaycanın birgə layihələr icra etməsi, keçiriləcək layihələrə qeyri-hökumət təşkilatlarının cəlb olunması barədə danışılıb. Həmçinin regionlarda BP və Agentliyin dəstəyi ilə QHT resurs mərkəzlərinin yaradılması və.s mövzuları ətrafında geniş müzakirələr aparılıb.
Görüşün yekununda xatirə fotosu çəkilib.