Ahılların Zaqatala rayonuna ekuskursiyasinin təşkili

 “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi “Yaş əngəl tanımır” adlı layihə çərçivəsində Qaxda yaşayan 16 nəfər ahılı Zaqatala rayonuna müxtəlif görməli yerlərinə ekskursiya təşkil olundu. Tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev adına Zaqatala Mədəniyyət və İstirahət Parkına gəzintilər təşkil olundu. Zaqatala rayonunun səfalı təbiyyətində istirahət etməyə şərait yaradıldı.

 Sonra ahıllar gözəl təbiətin qoynunda yemək və çay süfrəsi arxasında psixoloqun, layihə rəhbərinin və QHT rəhbərinin iştirakı ilə maraqlı söhbət etdilər. Saz ifaçısı ahıllara kiçik konsert verdi. Ahıllar bu gəzintidən çox razı qaldıqlarını söylədilər.  

“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova ahıllar üçün bu şəraiti yaratdığı üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyinə öz minatdarlığını bildirdı. “Yaş əngəl tanımır” adlı layihə Qax rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olundu

.