Akif Təvəkküloğlu Milli Məclisdən ayrıldı: Yeni vəzifəyə təyin olundu

Akif Təvəkkül oğlu Nəsirov yeni vəzifəyə təyin olunub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Akif Təvəkküloğlu Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinə rəis təyin olunub.

Əməkdar jurnalist Akif Təvəkküloğlu 2006-2020-ci illərdə Milli Məclisin mətbuat katibi vəzifəsində işləyib.

O, Milli Məclisə mətbuat katibi təyin olunduğu gündən ali qanunverici orqanın mətbuatla işi tam açıq olub.

Bu illər ərzində ölkədəki dövlət qurumlarının mətbuat xidmətlərinin hansılarının jurnalistlərə açıq olduğunu müəyyənləşdirən sorğularda Milli Məclisin adı dəfələrlə ön sıralarda yer alıb. Bu məsələdə onun xidmətləri danılmazdır.