Aktrisanın 150 minlik libasını oğurladılar

Tanınmış aktrisa Lyupita Nionqonun "Oskar-2015” mükafatlandırma mərasiminə geyindiyi 150 min dollarlıq libası oğurlanıb. Mükafatlandırma gecəsində təbii mirvariləri ilə hər kəsin diqqətini çəkən paltar "Calvin Klein”dən olub. Fransisko Kosta tərəfindən xüsusi olaraq hazırlanan geyim aktrisanın Hollivudda qaldığı oteldən oğurlanıb. Təhlükəsizlik kameralarına baxış zamanı oğrunun kimliyi müəyyənləşdirilib və polis axtarışlara başlayıb.