Razi Nurullayev qəbul keçirdi

Bu gün Milli Cəbhə Partiyasının qərərgahında növbəti vətəndaş qəbulumu keçirdim.

Qəbul zamanı vətəndaşlarımızın müxtəlif sosial və hüquqi xarakterli müraciətlərini dinlədim.

Məmmədzadə Rəşad Qəşəm oğlunu təkrar müraciəti əsasında qəbul etdim. Onun anası Zeynalova Ağbəniz Babası qızı 19 yanvar 2026-cı ildə Qaradağ rayonu, Sahil qəsəbəsində yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alıb. Bu ağır ailə faciəsini yaşayan ailənin həm yas mərasimində iştirak etmiş, həm də xəstəni evində ziyarət etmişəm. Müraciət nəzarətə götürüldü və aidiyyəti üzrə lazımi köməklik göstərilməsi üçün tədbirlər görüləcək.

Həmçinin Ağayev Ədalət Məmməd oğlunun işlə təminat, xüsusilə qaynaqçı peşəsi üzrə məşğulluqla bağlı müraciəti dinlənildi və ərizəsi qəbul edildi.

Göyçay rayonundan Qəhrəmanova Ülviyyə Tahir qızı ötən qəbulumuzda bizə müraciət etmişdi. Sevindirici haldır ki, onun müraciəti öz həllini tapıb. Vətəndaş bu münasibətlə təşəkkürünü bildirmək üçün təkrar görüşə gəlmişdi.

İmişli rayonundan Qəhrəmanov Qəyyub Atamoğlan oğlunun da müraciətini dinlədik. Məhkəmə-hüquq məsələsi ilə bağlı problemi ərizə formasında hazırlanacaq və əlimizdən gələn köməklik göstəriləcək. Adam elə haqsızlıqla qarşılaşıb ki. Adamın var-dövlətini əlindən alıb müflis ediblər, özünü də 8 il həbsdə çürüdüblər. Məlum olur ki, əbəs yerə. Kimdir günahkar?

Eləcə də İmişli şəhərindən müharibə veteranı Ağayev Qadir Əlixas oğlunun ailə və sosial məsələlərlə bağlı müraciəti qəbul edildi. Aidiyyəti üzrə köməklik göstərilməsi üçün tədbirlər görüləcək.

Hər bir müraciət aidiyyəti üzrə nəzarətə götürülüb və həlli istiqamətində lazımi addımlar atılacaq.

Razi Nurullayev

Milli Məclisin deputatı