Alı Alıyev NƏ ZAMAN HƏBS OLUNACAQ?

"Bu gün Füzuli rayonu tam olaraq Alı Alıyevin əsarətindədir. İllər idi ki, rayonumuz erməni işğalı altında idi, oğullarımızın igidliyi sayəsində azad edildi. Amma Alı Alıyevin İŞĞALI DAVAM EDİR..." Bu sözlər DİA.AZ-a müraciət ünvanlayan Füzuli sakinlərinə aiddir.

Narazı vətəndaşlar daha sonra yazırlar: "30 il erməni işğalına dözsək də, 11 il Alı Alıyevin işğalına dözə bilmirik. Daha taqətimiz qalmayıb. Alı Alıyev rayonu elə hala salıb ki, hamının yaltaqlanmaqdan başqa yolu qalmayıb.

Bir neçə dəfə camaat üsyana qalxdı, zor gücünə yatırdılar. Neçə adamı ilişdirib, həbsə yolladılar ki, Alı Alıyev istədiyini edə bilsin. Amma indi dözümümüz qalmayıb".

Sakinlər bildirir ki, gəldiyi ilk gündən onlarla yerli sahibkara divan tutan Alı Alıyev "Qarabağ Broyler" və digər bu kimi iş yerlərini açan oğulların başına oyun açdı:

"Biz dəfələrlə onunla görüşmək istəsək də, başçıya yaxın düşmək müşkül məsələdir. Yalandan saytlarda yazırlar ki, başçı filan kənddə səyyar-görüş keçirib. Yalandır... Yalnız öz adamlarını toplayır, kənd-kənbd gəzir, şəkil çəkdirir, bir-iki yaltağı da yanına salır, guya camaat bunu alqışlayır. Amma yalandır, hamısı saxtadır. Görüşlərin necə təşkil olunduğunu rayonun prokuroru da yaxşı bilir, polis rəisi də... Hüquq-mühafizə orqanlarının marağında olsa, Alı Alıyevi bir günün içində dama basarlar.

Alı Alıyevin üstündə neçə rayonun başçısı həbs olundu. Biz Füzuli camaatı da haqlı olaraq soruşuruq: Bəs bizim Alı Alıyev NƏ ZAMAN HƏBS OLUNACAQ?"

Yazıda iddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...