"Ali Məhkəmə də digər məhkəmələr kimi yanıla bilir. Ona görə də məhkəmə üç pilləlidir ki, mübahisə iştirakçıları yenidən işə baxılması üçün doğru qərar çıxarılmasına nail ola bilsinlər".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin iclasında “Konstitusiya Məhkəməsi haqqında” qanununda dəyişiklik edilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı deputat Erkin Qədirli deyib.
O bildirib ki, hər məhkəmənin, hər instansiyanın öz məhdudiyyəti var: “Ali Məhkəmə onsuz da fakt məsələsini araşdırmır. Konstitusiya Məhkəməsi yalnız konstitusiya ilə bağlı uyğunluq və ziddiyət məsələlərini həll edir. Problem ondadır ki, bizdə indiyə qədər konstitusiyanın əksər maddələrinin rəsmi şərhi yoxdur. Konstitusiya məhkəməsinin qərarlarına baxdıqda əksər hallarda cari qanunvericiliyə şərh verilir”.