Ali Məhkəmənin hakimi təqaüdə göndərildi

2023-cü il iyulun 17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Ələsgər Əliyevin təqaüdə yola salınması münasibəti ilə tədbir keçirilib.

Ali Məhkəmədən verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov qeyd edib ki, Ələsgər Əliyev 2000-ci ildən məhkəmə sistemində hakim kimi fəaliyyət göstərib, 2008-ci ildən isə Ali Məhkəmənin hakimi təyin olunub. O, ölkəmizdə məhkəmə hakimiyyətinin nüfuzunun gücləndirilməsinə töhfə verib.

İnam Kərimov Ələsgər Əliyevə uğurlar arzu edərək, onun gələcəkdə də öz zəngin təcrübəsi ilə Ali Məhkəmənin və bütövlükdə hüquq ictimaiyyətinin inkişafına dəstək göstərəcəyinə ümidvar olduğunu vurğulayıb.

Tədbirin digər çıxışçıları da Ələsgər Əliyevin fəaliyyətini yüksək qiymətləndirərək, ona uğurlar arzu ediblər.

Sonda təqaüdə yola salınan hakim Ələsgər Əliyevə Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.