Anar Bağırov: “Əsas məqsədimiz vəkillərin fəaliyyətinin asanlaşdırılmasıdır”

“Son illərdə vəkillik sahəsində çox ciddi yeniliklər baş verir. Əsas məqsədimiz vəkillərin fəaliyyətinin asanlaşdırılmasıdır”.

“Report”un xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O, Ədliyyə Nazirliyindən Azərbaycan vəkillərinin sorğularına elektron qaydada cavab verilməsini xahiş etdiyini bildirib:

“Sorğulara elektron qaydada cavabların verilməsi vaxt itkisinin qarşısını alacaq”.