Anar Məmmədov şəhid ailələrinə baş çəkdi - FOTOLAR

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Anar İlyaz oğlu Məmmədov Tərtər rayonunda şəhid ailələrinə baş çəkib.

Sabahinfo.az xəbər verir ki, deputatlığa namizəd Anar Məmmədov şəhid İsgəndərov Nicat Bəhruz oğlunun, şəhid Qənbərli Qənbər Bəhruz oğlunun və şəhid Aslan Hüseynovun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.

Şəhidlərimizin ailə üzvləri Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəklədiklərini, Milli Məclis seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.