Anar Məmmədov Tərtərin Sarov kəndindən olan seçicilərlə görüşdü - FOTOLAR

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 9-da Yeni Azərbaycan Partiyası tərəfindən 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Anar İlyaz oğlu Məmmədov Tərtər rayonunun Sarov kəndinin sakinləri ilə görüş keçirib.

Sabahinfo.az  xəbər verir ki, A.Məmmədov səmimi və mehriban münasibətə görə seçicilərə təşəkkür edib.