Anım günü ilə əlaqədar Fəxri və Şəhidlər xiyabanları ziyarət olunub

Anım Günü ilə əlaqədar bu gün Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivi, 300-dən çox qeyri-hökumət təşkilatlarının nümayəndələri Fəxri xiyabanı, I və II Şəhidlər xiyabanlarını  ziyarət edib. Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, Vətən uğrunda döyüşlərdə şəhid olan qəhrəmanların məzarlarına gül dəstələri düzülüb. Bildirilib ki, bütün Azərbaycan bu igid övladları ilə fəxr edir, onlarla qürur duyur.