Antiterror tədbirlərində​ 511 hərbçimiz yaralanıb

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində​ 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yaralıların ən qısa zamanda müalicəsi üçün yüksək səviyyəli peşəkar həkim briqadaları fəaliyyət göstərir və bütün zəruri tibbi tədbirlər görülür.