Bakının Nərimanov rayonunda yerləşən “pub”ların birində əxlaqsız video çəkərək sosial şəbəkədə paylaşan və bununla da cəmiyyətə açıq formada hörmətsizlik edən şəxslər məsuliyyətə cəlb olunub.
Sabahinfo.az-ın Teleqraf-a istinadən məlumatına görə, polis tərəfindən yayılan görüntülərdə yer alan Ç.S, R.H və E.Ə barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2 və 535.1-ci maddələri ilə protokol tərtib edilib.
Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən, videoda yer alan qadın 25, digər iki kişi isə 30 sutka inzibati qaydada həbs olunub.