Aqil Abbas Hacılar kəndində görüş keçirib - FOTOLAR

85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasovun (Aqil Abbas) seçicilərlə görüşü davam edir. Görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sabahinfo.az xəbər verir ki,  Ağcabədi rayonunun Hacılar kəndində kənd sakinləri ilə açıq havada görüşən namizəd deputat olduğu müddətdə gördüyü işlərlə bağlı məlumat verib və növbəti dəfə seçicilərinin ehtimadını qazanacağı təqdirdə görəcəyi işlər barədə planlarını açıqlayıb.

Kənd sakinləri Hacılar kəndinin yollarının yenidən qurulması, infrastrukturun yaxşılaşdırılması yolunda görülən işlərə görə ölkə prezidentinə təşəkkürlərini bildirdilər.Onlar seçkilərdə fəal iştirak edəcəklərini də bildiriblər.