Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir - FOTOLAR

85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) Neft-Energetika Kollecinin yataqxanasında məskunlaşan Füzuli rayonundan olan seçicilərlə açıq havada görüş keçirib.

Sabahinfo.az xəbər verir ki, Görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seçki platforması barədə də ətraflı məlumat verən və hər bir seçicinin 1 sentyabr Parlament Seçkilərində iştirakının, fəal olmasının vacibliyini vurğulayan A.Abbas seçkilərin azad və şəffaf keçiriləcəyinə əminliyini bildirib.Aqil Abbas vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən ölkəmiz üçün bundan sonra da birlikdə çox çalışmalı, hər kəs əlindən gələni etməlidir.

Görüşdə iştirak edən seçicilər A. Abbasın deputat kimi fəaliyyətindən razılıqlarını ifadə ediblər, onun millət vəkili fəaliyyəti dövründə onların Milli Məclisdə səsi olduğunu və hər zaman öz seçiciləri ilə bağlı məsələlərə böyük həssaslıq və qayğı ilə yanaşdığını qeyd ediblər: "Siz hər zaman bizim yanımızda oldunuz. Biz də səsimizlə sizin yanınızdayıq və inanırıq ki, bundan sonra da hər zaman bizim səsimiz olacaq və bizi layiqli şəkildə təmsil etməyə davam edəcəksiniz".

Füzuli rayonundan olan digər seçici bildirib kiGənc yaşlarımı, gözəl günlərimi Füzulidə yaşadım. Sonra rayonun işğalı nəticəsində Bakıda məskunlaşmalı olduq. İndi isə ailəliklə doğma torpağımıza, evimizə qayıdacağım günü gözləyirəm.Bundan böyük sevinc hissi ola bilməz.Allah onları həyata keçirməyi bizə nəsib etsin".

O, şəhidlərə rəhmət, qazilərə can sağlığı diləyib: “Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Ordumuz torpaqlarımızı düşmən işğalından azad etdi. Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə șəfa diləyirəm”.

Sonda Aqil Abbas seçicilərə dərin təşəkkürünü bildirib: "Bu etimadınızı doğrultmaq üçün bundan sonra da yorulmadan çalışacam".