“Araz-Naxçıvan”da yeni müqavilə

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqaviləni uzadıb.

Sabahinfo.az xəbər verir ki, bunu Premyer Liqa klubunun mətbuat xidməti açıqlayıb.

Naxçıvan təmsilçisi Miço Kuzmanoviçlə yeni müqavilə imzalayıb. Bosniya və herseqovinalı yarımmüdafiəçi qarşıdakı 1 ildə də komandanın formasını geyinəcək.

Qeyd edək ki, Naxçıvan klubu buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvi İsgəndərovla da müqavilə bağlayıb.