Astarada minik maşını "KamAZ"la toqquşdu - Xəsarət alan var

Astarada yol-nəqliyyat hadisəsi baş verib.

Sabahinfo.az xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsi ərazisində baş verib. Belə ki, "VAZ-2106" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində "VAZ-2106"-da olan Astara rayon Səncərədi kənd sakini 2002-ci il təvəllüdlü Dinar Yaşar oğlu Hacızadə xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.