2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində avqustun 9-da Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 79 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəşad Mahmudovun Astara rayonunda seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri #HəbibCəfərov bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşıb və daim qələbələr qazanıb. YAP-ın bu seçkilərin də qalibi olacağına şübhə yoxdur.
Çıxış edən deputatlığa namizəd Rəşad Mahmudov YAP-ın parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə getdiyini bildirərək partiyanın seçki platformasından ətraflı bəhs edib. O qeyd edib ki, seçki platformasında bu gün qədər qazanılan uğurlar və qarşıda duran hədəflər öz əksini tapıb. R.Mahmudov qeyd edib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb.
Deputatlığa namizəd çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən yerli təşviqat qrupunun üzvləri parlament seçkilərində qələbələr partiyası olan YAP-ın namizədinə səs verməyə çağırış ediblər.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Rəşad Mahmudov Astara rayonunun Məçitməhəllə kəndində də görüş keçirib, şəhidlər Nail Orucov, Rauf Cahangirov, Kənan Hacıyev və Samrad Eynullayevin ailə üzvləri ilə görüşüb.