Avropada qazın qiyməti 1 000 dollar səviyyəsində qərarlaşdı

Ötən gün keçirilən hərracların bağlanması zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 000 ABŞ dolları səviyyəsində qərarlaşıb.

10 yanvar tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) fevral fyuçerslərinin qiyməti 970-1 025 dollar civarında ticarət olunub, bu da öncəki hesablama qiyməti (1 039,4 dollara yaxın) ilə müqayisədə 7% azdır.

Xatırladaq ki, ötən ilin dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.