Qaradağda iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsiilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Sabahinfo.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.
Belə ki, "Suzuki" markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi "Mercedes" markalı avtobusla toqquşub.
Hadisə nəticəsində "Mercedes" markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib. F
aktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.
*** 11:25
Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
Sabahinfo.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, dekabrın 25-də saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.