Aydın Hüseynov qəbul keçirdi

Qaradağ rayon Puta qəsəbə nümayəndəliyinin inzibati binasında sakinlərlə növbəti qəbul keçirdik.

Qəbulda Puta qəsəbə nümayəndəsi Ayaz Dünyamalıyev, Puta bələdiyəsinin sədri Emin Ramazanlı, Puta qəsəbəsi Ağsaqqallar Şurasının sədri Kamal İmanov, şəhid atası Eldar Əliyev və Araz Mirzəyev iştirak edirdi.

Qəbul zamanı qəsəbədaxili bir neçə küçədə yolun asfaltlanması və işıqlandırılması, iritutumlu sərnişin avtobusların verilməsi, əlavə məktəb korpusunun tikilməsi, kommunal xidmətlərdə mövcud limitlərin ləğv edilməsi, mərasim evinin tikilməsi və s. kimi sahələri əhatə edən ümumi problemlər və vətəndaşların sosial müdafiə, işsizlik, maddi yardım kimi şəxsi müraciətləri fərdi qaydada dinlənilərək, bir qismi yerində həll edildi. Digər müraciətlər qeydiyyata alındı və həlli üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı vətəndaşlara izzah olundu.

Aydın Hüseynov

Milli Məclisin dəputatı