Aygün Bəylərin dəfn yeri BİLİNDİ

“Güman ki, Əməkdar artist Aygün Bəylərin dəfni sabah olacaq”.

Bunu APA-ya açıqlamasında sənətçinin bacısı Zümrüd Hümmətova deyib.

Onun sözlərinə görə, cənazə Bakıya hələ gətirilmədiyi üçün dəfn sabaha nəzərdə tutulur.

“Güman ki, sabah günorta saatlarında dəfn olunacaq. Dəfn yeri kimi Suraxanı qəbiristanlığı nəzərdə tutulub”, - o vurğulayıb.