42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı və Milli Məclisin komitə sədri olaraq Sumqayıt şəhərində vətəndaşlarla növbəti qəbulumuzu keçirdik.
Görüş zamanı seçicilərin müraciətlərini diqqətlə dinlədik, onların qaldırdıqları məsələləri ətraflı müzakirə etdik. Müraciətlər əsasən ailə-məişət, məşğulluq, əmək təqaüdləri və digər sosial məsələlərlə bağlı idi. Bir sıra məsələlər yerindəcə öz həllini tapdı, digər müraciətlərin isə araşdırılması və qanunvericiliyə uyğun şəkildə həlli üçün müvafiq dövlət qurumlarına rəsmi sorğular göndərildi.
Vətəndaşlarımızın rifahının yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi və onların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması fəaliyyətimizin əsas prioritet istiqamətlərindəndir. Seçicilərimizlə mütəmadi görüşlərin keçirilməsi, onların problemlərinin dinlənilməsi və operativ həlli istiqamətində konkret addımların atılması bundan sonra da davam etdiriləcəkdir.
Hicran Hüseynova
Milli Məclisin deputatı