Düz 1 il əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə Azərbaycan bayrağını ucaltmışdır. 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində bu ərazilərin azad olunması ilə Qarabağda erməni separatizminə son qoyuldu, dövlətimizin suverenliyi tam bərpa edildi.
Bunu VI çağırış Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.
E Allahverdiyev qeyd edib ki, Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçiləndə ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olacağını vəd etmişdir. Və dahi şəxsiyyət, dahi siyasi lider, həmişə olduğu kimi, vədini yerinə yetirdi. Bu gün üçrəngli bayrağımız Vətənimizin hər bir guşəsində dalğalanır.
Allah bu xoşbəxtliyi bizə bəxş edən Müzəffər Ali Baş Komandanımızı, qəhrəman əsgər və zabitlərimizi qorusun! Allah şəhidlərimizə rəhmət eləsin!