"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti 2025-ci il aprelin 1-dən Səmərqənd və Bakı arasında birbaşa uçuşları bərpa edəcək.
Bu barədə Sabahinfo.az Özbəkistan mətbuatına istinadən xəbər verir.
Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri həyata keçiriləcək.
Səmərqənddən uçuş yerli vaxtla saat 2:55-də baş tutacaq. Uçuş müddəti 2 saat 20 dəqiqə təşkil edəcək.
"Bu, Səmərqənddən səyahət edən sərnişinlər üçün yeni imkanlar açır və Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanının 75-dən çox istiqaməti əhatə edən beynəlxalq uçuş şəbəkəsinə daha bir istiqamət əlavə edir", - məlumatda qeyd olunub.