AZAL təyyarə qəzası ilə bağlı başsağlığı verdi - FOTO

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gün  Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Sabahinfo.az quruma istinadla xəbər verir ki, məlumatda baş vermiş hadisənin AZAL üçün son dərəcə ağır və faciəli olduğu qeyd edilib: 

"Bu gün AZAL üçün son dərəcə ağır və faciəli bir gündür. Aktau şəhəri yaxınlığında “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərə və ekipaj üzvlərinə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onların ağrısı bizim də ağrımızdır. Xəsarət alanlara tez bir zamanda şəfa arzulayırıq".

Qeyd edək ki, məlumata görə hadisə baş vermiş təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.