Azedu.az təhsil portalı tələbələr arasında sağlam rəqabət mühiti yaratmaq, fəal tələbələri daha geniş müstəvidə tanıtmaq məqsədilə universitetlər üzrə “Brend tələbə”lərin siyahısını təqdim edib. “Brend tələbə”lər ekspert komissiyasının hazırladığı meyarlar əsasında universitetlərlə birgə seçilir. Şərtlərə əsasən, hər universitetdə professor-müəllim heyətinin və tələbələrin xüsusi simpatiyasını qazanan və meyarlara cavab verən 10 tələbə “Brend tələbə” hesab edilir.
Aşağıda Azərbaycan Universitetinin 2024/2025-ci tədris ili üzrə “Brend tələbə”lərinin siyahısını təqdim edirik.
- Solmaz İlyaszadə (Filologiya (Azərbaycan dili və ədəbiyyatı, III kurs)
- Günay Dünyamalıyeva (Filologiya (Azərbaycan dili və ədəbiyyatı, III kurs)
- Yusif Nəbizadə (Dövlət və ictimai münasibətlər, III kurs)
- Elvin Mədinov (Kompüter mühəndisliyi, IV kurs)
- Fatma Kəmərbəndi (İnformasiya təhlükəsizliyi, IV kurs)
- Alican Mikayılov (İnformasiya texnologiyaları, II kurs)
- Mələk Şərifzadə (Maliyyə, tədris ingilis dilində, II kurs)
- Xəyyam Əsədov (Biznesin idarə edilməsi, tədris ingilis dilində, III kurs)
- Natəvan Pirili (Marketinq, tədris ingilis dilində, III kurs)
- Şəfəq Əzimova (Magistratura, Azərbaycanın qədim və orta əsrlər tarixi, II kurs)
Keçidə daxil olaraq meyarlar və universitetlər üzrə “Brend tələbə”lərin siyahısı ilə tanış ola bilərsiniz.