Azər Kərimli görüş keçirdi

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 111 saylı Zaqatala–Balakən seçki dairəsi üzrə deputatlığa namizəd olaraq Zaqatala rayonunun Danaçı və Uzunqazmalar kəndlərində seçicilərlə görüşlər keçirdim. 

Görüşdən əvvəl Birinci Qarabağ və 44 günlük Vətən Müharibəsində bu kəndlərin şəhid olmuş qəhrəmanlarının məzarlarını ziyarət etdik. 

Səmimi, vətənpərvər insanlarla çox maraqlı görüşlər.Aktiv iştirakınıza görə təşəkkür edirəm.

Azər Kərimli