Azərbaycan Asiya Parlament Assambleyası sədrliyinə namizədliyini irəli sürdü

Azərbaycan 2024-2026-cı illərdə Asiya Parlament Assambleyası sədrliyinə namizədliyini irəli sürüb.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisdə Asiya Parlament Assambleyası (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında APA-nın baş katibi Muhammed Reza Məcidi deyib.

Sədr qeyd edib ki, komitənin iclasında görüşümüzdən istifadə edərək Azərbaycanın sədrliyinə namizədliyini dəstəkləyir: “Bütün Asiya Parlament Assamleyasına üzv dövlətlərə müraciət edirəm ki, hər biriniz Azərbaycanın sədrliyinə öz dəstəyinizi verəsiniz”.