Azərbaycan Brüssel formatını dəstəkləyir.
Sabahinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşdə bildirib.
Görüşdə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində Brüsseldə Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olundu. Prezident İlham Əliyev Şarl Mişelə vasitəçilik missiyasına görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd etdi.
Şarl Mişel bununla bağlı dövlətimizin başçısına minnətdarlığını bildirdi.