13-14 iyun 2024-cü il tarixlərində Finlandiyanın Turku şəhərində "Təbii Resursların Gələcəyi" adlı 24-cü beynəlxalq konfrans keçirilib. Konfrans Finlandiya Gələcək Tədqiqat Mərkəzi, Finlandiya Gələcək Akademiyası və Finlandiya Təbii Resurslar İnstitutu tərəfindən təşkil edilib.
Beynəlxalq konfransın mövzusu təbii resursların gələcəyi ilə bağlı müxtəlif disiplinləri cəlb edən, təşviq edən və kritik müzakirələr yaratmağa yönəldilmişdir.
Konfransda Azərbaycanı "Azərbaycanda təbii sərvətlərdən istifadənin azaldılmasında yaşıl enerjinin rolu" mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Futuroloqlar Cəmiyyətinin təsisçisi, "Minilliyin Layihəsi" Qlobal Beynəlxalq Təşkilatının Azərbaycan bölməsinin sədri, fəlsəfə doktoru, Qərbi Kaspi Universitetin professoru Reyhan Hüseynova təmsil etmişdir.
Xanım Hüseynova çıxışında vurğulamışdır ki, " Sosial-iqtisadi inkişafın Milli prioritetləri: Azərbaycan 2030" layihəsində "yaşıl iqtisadiyyat" ölkənin inkişafının beş mühüm istiqamətindən biri kimi müəyyən edilmişdir". Məruzəçi tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, " 2023 - cü ildə Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib və bununla da BMT Təhlükəsizlik Şurasının erməni silahlı birləşmələrinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisindən çıxarılmasını tələb edən 4 qətnaməsini yerinə yetirib. Həmçinin qeyd olunub ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Prezident İlham Əliyevin tapşırığı ilə "Yaşıl enerji zonası" konsepsiyasına uyğun olaraq bərpa edilir və bu ərazilərdə ən müasir texnologiyalar və konsepsiyalar, o cümlədən "ağıllı kənd", "ağıllı şəhər" və "yaşıl enerji" tətbiq edilir.
Xanım Hüseynova həmçinin tədbir iştirakçılarına noyabr 2024-cü il tarixində Bakıda keçiriləcək COP29 haqqında məlumat verib.
Beləliklə, Turku Universitetində keçirilən beynəlxalq forum dünyanın müxtəlif ölkələrindən ən nüfuzlu strategiya analizi, proqnoz və sənət intellekti sahəsindən ən başlıca ekspertlər və elm adamlarını bir araya toplamışdır və konfrans uğurla başa çatmışdır.