"Azərbaycan gənci milli idealogiyaya sadiq, vətənpərvər bir ruhda böyüyür"

"Azərbaycan gənci milli idealogiyaya sadiq, vətənpərvər bir ruhda böyüyür". Bunu mətbuata açıqlqmasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb: " Azərbaycan gənci Ulu Öndər Heydər Əliyevin öndərliyi ilə, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda yetişən, bu gün işğal altında olan torpaqlarımızı qanı və canı bahasına düşməndən geri almağı bacaran bir gəncdir. Bu gün Azərbaycan gənci üçün milli idealogiyaya sadiqlik, vətənpərvərlik, milliyyətçi ruhda yetişən gənc nəslin bəhrəsidir. Sevindirici haldır ki, belə bir ruhda yetişən gənclərə Cənab Prezident İlham Əliyev dəstək olur, onlara etimad göstərir, yüksək vəzifələrə təyin edir. Qürurlandıran məqam odur ki, bu gün Azərbaycan gənclinin xaricdə təhsilini davam etdirməsi kimi nüanslarda ölkəmizdə diqqətə alınır. Bu gün Azərbaycan gəncinin səsi xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarından gəlir. Bu dövlət tərəfindın Azərbaycanın gələcəyinə xidmət etmiş mühüm sərmayə faktorudur. Belə ki, xatırlatmaq istərəm ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın, habelə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar.Bu kimi programlar günümüzdə də davam etdirilir. Baxmayaraq ki, Gənclər siyasətinin təməlində Ulu Öndər Heydər Əliyevin siyasi irsi dayanır, baxmayaraq ki, 2 Fevral Gənclər Gününün əsasını Heydər Əliyev qoymuşdur, bu gün o ali missiyanı Cənab Prezident şərəflə davam etdirir.Azərbaycan 1997 ci ildən etibarən Gənclər Gününü qeyd edir. Qeyd etmək gərəkir ki, həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq, təntənəli şəkildə qeyd edilməyə başlayan yeganə ölkə Azərbaycan olub.

Bu gün Azərbaycan gəncindən çox şey danışmaq olar. Azərbaycan gənci deyəndə sözlər tükənmir. Çünkü, etiraf etmək gərəkir ki, bu gün həddi hüdudu olmayan Qarabağ zəfəri sevincimizində əsasında mərd, igid, qorxmaz Azərbaycan gənci dayanır. Vətən uğrunda şəhid olan hər bir Azərbaycan gənci birmənalı olaraq, bir dastan, bir igidlik əfsanəsidir. Ona görə də, bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir fəlsəfəyə dayanır. Həmin fəlsəfəni isə Ulu Öndər Heydər Əliyevin kəlamı ilə qeyd etmək daha doğru olar: "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir". Hesab edirəm bu fikir, Azərbaycan gəncinin qəlbindəki o atəşi, vətənpərvərlik ruhunu, şücaətlərini, amallarını və missiyalarını dəqiqliklə xarakterizə edir. Ona görə də bu sözlər bu gündə öz aktuallığını qoruyub saxlayır.

Mən bir partiya sədri kimi Azərbaycan gəncini Gənclər Günü münasibəti ilə təbrik edirəm. Fəxr edirəm ki, bizlərə Qarabağ zəfərini yaşadan mərd Azərbaycan gəncliyi var!"