Azərbaycan həqiqətləri bir daha tarixləşdi

Hər beynəlxalq tədbirin öz mahiyyəti olur. Belə tədbirlər bəzən çoxtərəfli maraqları da əhatələyir. Oktyabrın 14-də Astanada Azərbaycanın da təmsil olunduğu Müstəqil Dövlətlər Bir­­liyi Dövlət Başçıları Şurasının iclası da belə tədbirlərdən idi. İclasda Azərbaycan Res­pub­likasının Prezidenti cənab İlham Əlıiyev də çıxış etdi.

ATƏT-in Minsk qrupunun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun don­du­rulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə oldu. Bu mötəbər iclasda gerçəkliyin bu formatda xatırladılması azərbaycançılığa, döv­lətçiliyə sədaqətin təzahürüdür. BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetiril­mə­di. Buna görə də münaqişə adı ilə təqdim edilən ədalətsiz müharibəni Azərbaycan Ordusu­nunu özü döyüşlə həll etdi.

İkinci Qarabağ müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatdı. Üçtərəfli bəyanat imza­lan­dı. Ancaq Ermənistan bu sənədin tələblərini yerinə yetirmir. 2022-ci ilin avqust, sentyabr hadisələri Ermənistanın niyyətindən əl çəkmədiyinin təsdiqidir. Bu silahlı toqquşmaların sə­bəb­ləri Azərbaycana qarşı aparılan terrordur.

Ermənistanın terrorçuluğu minalar amili ilə də təsdiqini tapır. İkinci Qarabağ mühari­bə­si 2020-ci ilin noyabrında başa çatıb. 2021-ci ildə istehsal olunmuş minalar Laçına necə yol tapıb? Er­mə­nilərin təxribata maraqlı qüvvələri  sülhməramlılardan necə yayınıblar?..

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şu­ra­sının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtə­rəfli görüşündə Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Av­ropa İttifa­qının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Bu missiyanın məqsədi tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək” – kimi fikirləri iclas iştirakçılarını ciddi düşündürməlidir. Azərbaycan Prezidenti noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qət­na­mə hazırlanmasını da, Fransanın indiki rəhbərliyinin əvvəlkilərdən fərqli olaraq, bütün uğurlu əməkdaşlıq təcrübəmizin üstündən xətt çəkməsini də məhz bu baxımdan xatırlatdı…

İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir fikri Azərbay­can dövlətçiliyinin qətiyyəti  kimi səsləndi: “Azərbaycan öz daxili məsələlərini heç bir tərəflə müzakirə etməyəcək. Praqa görüşünün yekunlarına əsasən də başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib”.

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası həm də Azərbaycan həqiqətlərinin ciddi xatırladılması ilə tarixləşdi...

 Səbinə Xasayeva,

Milli Məclisin deputatı