"Azərbaycan Kəlbəcər rayonunu qan tökülmədən geri aldı"

İki il əvvəl noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xaqımıza müraciət edərək böyük fəxr hissi ilə Kəlbəcərin işaldan azad olunmasını elan etdi. Bu, bütün dünya azərbaycanlılarını sevindirdi. Bu haqda Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova “sabahinfo.az”a danışıb.

Səadət Məhərrəmova bildirib ki,  Azərbaycan Kəlbəcər rayonunu qan tökülmədən geri aldı: “2020-ci ilin 10 noyabrında imzalanmış Üçtərəfli Bəyanatına əsasən Ermənistan Kəlbəcər rayonunu noyabrın 25-də Azərbaycana təhvil verməli idi. Belə də oldu, lakin ermənilər Kəlbəcəri tərk edərkən viran qoydular. Bu da onların xislətindədir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Cənab Prezident xalqa müraciətində deyib ki, Kəlbəcərdə mənfur düşmən digər cinayət də törədib, qanunsuz məskunlaşma aparıb: “Həm Ermənistan ərazisindən qanunsuz yollarla orada insanlar məskunlaşıb, həm də xarici ölkələrdən. Bu isə hərbi cinayətdir və Cenevrə Konvensiyasına görə hərbi cinayət sayılır. Biz düşməni məsuliyyətə cəlb edəcəyik, cavab verəcəkdir, bütün hərbi cinayətlərə görə, bütün dağıntılara görə”.

Bu gün Kəlbəcərdə bərpa işləri gedir. Artıq rayonun Baş planı cənab Prezidentə təqdim olunub. Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsusluğu, sənaye və turizm potensialı nəzərə alınıb. Kəlbəcər şəhərində İşğal və Zəfər muzeyləri kompleksi tikilir. Kompleksin bir hissəsi işğal tarixinə, digəri isə Zəfərə həsr olunacaq. Kəlbəcər şəhəri, kəndləri yenidən qurulur. Kəlbəcərə yenidən həyat qayıdacaq.

 

Sabahinfo.az