Azərbaycan mədəniyyəti

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.

Memarlıq - insanın həyat və fəaliyyəti üçün məkan mühitini əmələ gətirən bina və qurğular sistemidir. Bu bina və qurğuların gözəllik qanunlarına uyğun olaraq yaradılması sənətidir. Monumental memarlıqla bərabər tarix boyu xalq memarlığı da inkişaf edib. Mənsub olduğu xalqın həyat tərzini və estetik görüşlərini əks etdirən xalq memarlığı monumental memarlıq üçün tükənməz yaradıcılıq mənbəyi olub.

Memarlığın tarixi

Memarlıq tarixinin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət, Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misaldır.

Azərbaycanda Qobustanda aşkar edilmiş ən qədim yaşayış yerləri (mağaralar, müxtəlif primitiv sığınacaqlar və s.) ilə yanaşı, meqalit memarlıq abidələri - kromlexlər, menhirlər (çoban daşı), dolmenlər və siklop tikililəri geniş yayılıb. Hündür daşlardan quraşdırılmış bu qurğular el arasında "qalaça", yaxud "hörükdaş" adlanır. Naxçıvan şəhərinin yaxınlığındakı Çalxanqala (Tunc dövrü) və Arpaçay sahilindəki Qaratəpə divarındakı Oğlanqala (e.ə. II-I minilliklər) müdafiə tikililəri siklop tikililərə aid edilir. Güney Azərbaycanın ərazisində, Araz yaxınlığında da qala tikililəri (Bastam, Danalı, Qalaoğlu və s.) aşkar edilib.

Azərbaycan ərazisində e.ə. IX-VII əsrlərdə şəhərlər əmələ gəlib, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Həsənli rayonunda abidələr kompleksi, Urmiya gölü sahilindəki qayalarda çapılmış sərdabələrin tədqiqi göstərir ki, Azərbaycanda VII əsrdən eyvanlı mənzil tipi təşəkkül tapmışdır. Həmin dövrün digər memarlıq qurğularından yeganə dini tikili olan od mehrabları dövrümüzə kimi gəlib çatmışdır.

VII əsrdən Azərbaycanda islam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişmişdir. Memarlıqda yeni tipli binaların - məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt olmuşdur. Bu dövrdə islam dini ilə bağlı tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian məbədləri, müdafiə istehkamları inşa edilmişdir. Bunlardan indiki İsmayıllı rayonu ərazisində Cavanşir qalası (təqribən VII əsr), Qazax rayonunun Yuxarı Əskipara kəndi yaxınlığındakı qala kompleksi (V-VIII əsrlər), Qəbələ rayonundakı Böyük Əmirli kəndində (IV-VIII əsrlər) alban məbədləri, Oğuz şəhərində alban kilsəsi (orta əsrlər), Dağlıq Qarabağın Xocavənd rayonunda alban kilsəsi (I əsr) və s. diqqəti cəlb edir.

 

Şamaxı rayonu

Azərbaycanda şəhərsalma mədəniyyətinin ən qədim mərkəzlərindən olan Şamaxı şəhəri Azərbaycan Albaniya dövlətinin ən iri yaşayış məskənlərindən biri idi. Tarix boyunca davam edən dəhşətli zəlzələlər zamanı təkrar-təkrar yerlə-yeksan olmuş və dəfələrlə yerini dəyişmiş Şamaxının arxeoloji qazıntılar zamanı ən qədim yerini müəyyən etmək mümkün olmasa da, antik müəlliflərinin yazılı məlumatları və Şamaxı şəhəri yaxınlığındakı Xınıslı qazıntılarının nəticələrinə görə Şamaxı şəhərinin ən azı 2500 il yaşı vardır.

Xalqımıza Xaqanilər, Nəsimilər, Seyid Əzim Şirvanilər, Abbas Səhhətlər, habelə onlarla digər böyük mütəfəkkirlər, maarifçilər bəxş etmiş və dahi Sabiri yetirmiş Şamaxı Azərbaycanın ən böyük mədəniyyət mərkəzlərindən biridir.

Bu gün Şamaxı özünün böyük intibah dövrünü yaşayır. Ulu Öndərin və Prezident İlham Əliyevin gündəlik qayğısı sayəsində Şamaxı özünün tarixi ənənələrini saxlamaqla müstəqil Azərbaycanın ən müasir sənaye, kənd təsərrüfatı və mədəniyyət mərkəzinə çevrilmişdir.

 

 “İMAMZADƏ” ziyarətgahı

 

Şamaxı şəhərinin mərkəzi hissəsindəki “İmamlı” küçəsində yerləşir. 4 imam Zeynalabdinin övladlarından biri – Əlləma Seyid Məhəmməd Saleh əl-Müdərrisin məzarı üzərində tikilmişdir. Həyətində həmçinin, uzun müddət burada axundluq etmiş, tanınmış Seyid Mirmehdi ağa Seyidəli oğlu 1911 ildə torpağa tapşırılmışdır. Əsası 1370 ildə qoyulmuş, 1910-17 illərdə Zivər bəy Əhmədbəyovun layihəsi əsasında yenidən tikilmişdir. Ümumiyyətlə isə onun beş dəfə tikildiyi ehtimal edilir. 1991 ildə Hacı Elşən Rüstəmovun təşəbbüsü ilə yenidən bərpa edilmişdir.

 

“QOÇ BABA” türbəsi

 

Şamaxı r-nun Quşçu kənd qəbirstanlığındadır. Türbənin içərisində 3 məzar var. Birinci məzar Ağaların, ikinci məzar Şeyx Ağanın, üçüncü məzar isə Şeyx Ağaxanın məzarıdır. Hər üç məzar ziyarətgahdır. Qəbiristanlıqdakı ikinci ziyarətgah isə bu nəslin davamçılarından olan Şeyx Ağacan babanın türbəsidir. Türbələr Şeyx Ağacan babanın övladı Hacı Əliəvəzin köməyi ilə 1993 ildə inşa edilmişdir.

 

“ŞEYX BALAHƏMİD” türbəsi

1993-94 illərə aid olan türbə Şamaxı r-nunun Çarhan kənd qəbiristanlığındadır. Türbədə dəfn edilən Şeyx Balahəmid sağlığında insanların dərdinə əlac etmişdir. Şeyxin ulu babaları Şeyx Həsən nəslindəndir. Şeyx Balahəmid Çarhan kəndinə 1930-40 illərdə köçmüş, 1992 ildə vəfat etmişdir. Məzarın üstündəki türbə şeyxin oğlu Həmid Paşanın vəsaiti hesabına ucaldılmışdır. Türbənin inşa edilməsində Çarhan kənd sakinləri usta Ağaxan və Ağaveyisin böyük zəhməti olmuşdur.

 

BUĞURT QALASI

 

Qaleybuğurd – Azərbaycanda orta əsrlərə aid qala. Şamaxı şəhərindən 20 km şimal-qərbdə Qalaybuğurt kəndi yaxınlığındakı dağın zirvəsindədir. Arxeoloji qazıntılar Buğurt qalasında 11-13 əsrlərdə yaşayış olduğunu göstərir. Qalada bəzi divar və bürclərin, yaşayış məntəqələrinin xarabalığı qalmışdır. Mənbələrdə 15 əsrin sonundan adı çəkilir. 1509 ildə I Şah İsmayıl Şirvana hücum edəndə Şirvanşah Şeyxşah Buğurt qalasında müdafiə olunmuşdur. 1537 ildə Şirvanda baş vermiş üsyan zamanı Şirvanşah Şahrux və saray əyanları qalada gizlənməyə məcbur olmuşdu. 1538 ildə Səfəvi qoşunları Әlqəs Mirzənin başçılığı ilə Şirvana hücum edir. Buğurt qalasına çəkilən Şahrux və vəkil Hüseyn bəy bir neçə ay Səfəvilərə müqavimət göstərə bilirlər. Həmin dövrdə Şirvanşahların xəzinəsi də Buğurt bugurd-qalasi2qalasında saxlanılırdı. Səfəvi-Osmanlı müharibələri zamanı osmanlılar bu qalanı ələ keçirib özlərinin dayaq məntəqələrindən birinə çevirmişdilər. Qaladan 17 əsrin axırlarına kimi müdafiə məqsədi ilə istifadə olunmuşdur.

 

CABANİ

Azərbaycanda tarixi yer. Şamaxı r-nunda Gülüstan qalası yaxınlığında, indiki Sabir qəsəbəsi ərazisində idi. “Cabani” sözü Azərbaycanda fəaliyyət göstərmiş türkdilli tayfanın adı ilə əlaqədardır. 1500 ildə gələcək Səfəvi hökmdarı İsmayılın başçılıq etdiyi qızılbaş qoşunu Cabanidə baş vermiş döyüşdə Şirvanşah Fərrux Yasarı məğlubiyyətə uğratmışdı. 1546/47 ildə qardaşı Әlqas Mirzənin qiyamını yatıran I Şah Təhmasib (1524-76) yay fəslini Cabanidə keçirmişdi.

 

 

DAŞ QUTU QƏBİRLƏR

 

Öz forma və quruluşuna görə müxtəlif istiqamətli olur. Başqa qəbirlərdən fərqli olaraq bu qəbirlərin əksəriyyəti dağ üstündə və ya dağ döşündə yerləşir. Belə yerlər əsasən subasarlardan qorunmaq məqsədilə seçilirdi. Xınıslı yaşayış yerində tədqiq edilmiş daş qutu qəbirləri eramızın 4-7 əsrlərinə aid edilir

 

 

DƏDƏGÜNƏŞ PİRİ

 

Yerli əhali bu piri Piri-Sultan Dədəgünəş adlandırır. Dədəgünəş türbəsi 1602-03 illərdə tikilmişdir.

Məqbərədən tapılmış kitabəyə görə məqbərə Dədəgünəş nəslindən Şeyx Dədəqulunun oğlu Şeyx Məhəmmədə məxsus olmuşdur. Zəngin təbiəti və müalicə suları ilə məşhur olan Dədəgünəşdə rəvayətlərə görə orta əsrlərdə məşhur elm mərkəzlərindan biri yerləşmişdir. Mənbələrə görə, Dədəgünəş məşhur Azərbaycan şairi Əfzələddin Xaqaninin əmisinin ləqəbi olmuşdur.

 

DİRİBABA TÜRBƏSİ

Qobustan şəhəri yaxınlığında orta əsr Şirvan-Abşeron memarlığına aid türbə. Abidə xalq arasında “Diribaba piri” adlanır. Türbə 1402 ildə qayada oyulmuş mağarada əhəngdaşıdan tikilmişdir.Türbənin cənuba baxan bir fasadı vardır; o biri tərəfləri isə qayanın içindədir. İki mərtəbəlidir.

Birinci mərtəbə səkkizguşəli günbəzli kiçik dəhlizdən və onun yanındakı çatma tağtavanlı otaqdan, ikinci mərtəbə isə üzəri naxışlarla bəzənmiş tromp dayaqlı günbəzi olan kvadrat formalı böyük salondan ibarətdir. Salona birinci mərtəbənin dəhlizindən ensiz daş pilləkən qalxır. Salon qayanın daxilindəki balaca bir mağara ilə birləşir. Ehtimala görə mağarada türbənin memarı basdırılmışdır.Tromplardan birinin üstündə qalan kitabədə türbənin memarının atasının adı yazılmışdır (“…ibn ustad Hacı” – “Ustad Hacının oğlu”). Kitabənin bir hissəsi ovulub töküldüyündən memarın adı oxunmur. Türbənin yazıları Təbrizdəki Göy məscid yazılarına yaxındır. Türbənin bəzi hissələri stilizə edilmiş nəbati ornamentlərlə bəzədilmişdir. Diribaba türbəsində dini ayinlər icra edilirdi. Türbənin mərtəbələri arasındakı hissədə Şirvanşah I İbrahimə məxsus kitabə olmuşdur. Orijinal memarlıq forması, mütənasibliyi, dekorativ bəzək elementlərinin zərifliyi, ətrafdakı təbii mənzərə ilə əlaqələndirilməsi və s. keyfiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının ən maraqlı abidələrindəndir. Səyyah və alimlərdən Adam Oleari, Kornelius de Bruin (17əsr), B. Dorn (19 əsr) və b. Diribaba türbəsi haqqında məlumat vermişlər. Sovet hakimiyyəti illərində bərpa edilmişdir.

 

DÖYRƏ YAŞAYIŞ YERİ

İlk orta əsr abidəsi. Şamaxı rayon mərkəzindən 15 km cənub-şərqdə, Gümüşlü yaşayış yerindən 800 m aralıda yerləşir. Yaşayış yeri şimal tərəfdən Çarhan, qərb istiqamətində Nüydü kəndləri, cənubdan Ləngəbiz sıra dağlarının şimal aşırımları, şərqdən isə müasir Dağ Bağırlı kəndi ilə həmsərhəddir.

Abidənin sahəsi 5 hektara yaxındır. Döyrə yaşayış yerinin cənub-şərqində bol su mənbələri, qaynama bulaqlar vardır. Qaynamaların bəzilərinin yaxınlığında vaxtilə bulağın üst hissəsinin hörgüsündə istifadə olunmuş tikinti materialları (daş parçaları) və su tünglərinin qalıqları vardır. Bunlar orta əsrlərdə Döyrə yaşayış yerinin su ilə təmin edilməsi üçün xüsusi su təchizatı qurğularının inşa edildiyini göstərir. Kəndin ərazisindəki münbit şabalıdı torpaqlar, yaşayış yerindən təqribən 10-12 km cənubda yerləşən Küdrü qışlaqları, 15-20 km şimaldakı yay otlaqları, eləcə də yaşayış yerində təsadüf edilmiş asteoloji qalıqlar və su mənbələri burada yaşamış əhalinin əkinçilik və maldarlıqla məşğul olması haqqında fikir söyləməyə əsas verir. Abidəyə yaxın məsafədən keçən “Dərə yolu” və “Tat yolu” adlı karvan yolları qonşu regionlarla, həmçinin Qafqaz Albaniyasının müxtəlif bölgələri ilə tiçarət əlaqələrinin olduğunu söyləməyə imkan verir. Döyrə yaşayış yeri ərazisinin böyüklüyünə, yaxınlığından keçən qədim ticarət yollarına, əlverişli strateji mövqedə salınmasına, burada aşkar olunmuş müxtəlif tip və vəzifəli maddi-mədəniyyət nümunələrinə əsaslanaraq şəhər tipli yaşayış məskəni sayılır. Əldə olunmuş maddi-mədəniyyət nümunələrinin təhlilinə əsasən Döyrə yaşayış yeri 3-8 əsrlərə aid edilir. Görünür, ərəblərin işğalı ilə əlaqədar burada yaşayış kəsilmiş, onun salamat qalmış sakinləri qonşu Gümüşlü yaşayış yerinə köçmüşlər.

 

Yeddi günbəz türbələr kompleksi

Kompleks Azərbaycan memarlığının XIX əsrə aid nadir nümunələrindəndir. Yeddi günbəz sadəcə daşdan inşa edilmiş məzarlar toplusu deyil, eyni zamanda, Şirvan xanı Mustafa xanın ailəsinə və nəslinə aid tarix kitabəsidir. Kompleksə daxil olan yeddi türbə 1816-1865-ci illərdə tikilib. Türbələr Azərbaycan memarlıq ənənələrinə uyğun olaraq səkkizbucaqlı formada, yonulmuş daşlardan inşa edilib.

 

Buradakı türbələrdə Mustafa xanın anası Bibixanım bəyimin, xanın həyat yoldaşları Asiya bəyim və Xan Bikənin, oğlu Azad xanın adları qeyd olunub. Türbələrdən birinin üzərində isə usta Tağının adı əbədiləşdirilib. Bu, həmin dövrdə memarlıq sənətinə və sənətkarlara göstərilən yüksək hörmətin bariz nümunəsidir.

 

Yeddi günbəz türbələr kompleksi həm memarlıq, həm də tarixi baxımdan böyük maraq doğurur. Bura təkcə tarixçilər üçün deyil, həm də Şamaxının qədim irsini yaxından tanımaq istəyən turistlər üçün maraqlı ziyarət yeridir.

 

     

 

 

 

 

 

 

 

ŞAXƏNDAN

 

Şamaxıda görkəmli şəxsiyyətlərin dəfn olunduğu qəbiristan. Ehtimala görə, 15 əsr böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin qardaşı şair Şaxəndan (Şahxəndan, Şah-i xəndan) burada dəfn olunmuş və qəbiristan da onun adı ilə adlanmışdır. Seyid Əzim Şirvaninin məzarı da Şaxəndandadır.

Şamaxı şəhərinin üç kilometrliyində yerləşən Gülüstan qalası yerli əhali arasında “Qız qalası” kimi də tanınır. Yazılı mənbələrdə qala haqqında məlumat VIII əsrə aiddir. Ərəb tarixçisi Təbəri yazırdı ki, 733-cü ildə ərəb sərkərdəsi Müslim ibn Əbdulməlik Şirvana hücum zamanı Qız qalasını tutaraq dağıdıb.

2011-ci ildə qalada aparılan arxeoloji tədqiqatlar zamanı Bizans imperatoru I Konstantinin (306-337) adından zərb edilmiş 4 nüsxə bənzətmə mis sikkə aşkar edilib. Bu tapıntı qalanın daha öncələrdən mövcud olmasından xəbər verir.

Mənbələrə əsasən, 1025-ci ildə Yəzid ibn Əhmədin oğlu atasına qarşı üsyan qaldırıb və üsyan yatırıldıqdan sonra o, Gülüstan qalasına sığınıb. 1123-cü ildə qala Səlcuq sultanı Mahmud tərəfindən tutulub.

Bir müddət sonra qala Şirvanşah II Məniçöhrün (1120-1149-cu illər) bacısı Şahbanu tərəfindən bərpa edilib.

1222-ci ildə Şirvanşah I Gürşasb monqol dəstələrinin hücumu zamanı öz ailəsi ilə Gülüstan qalasında sığınacaq tapıb. XIII-XV əsrlərdə Şirvana olan hücumlar zamanı Şirvanşahlar Gülüstan qalasında müdafiə olunublar. 1500-cü ildə Şah İsmayıl Xətainin Gülüstan qalasını tutmaq cəhdləri uğursuz olub. Şirvanşah Fərrux Yasarın döyüşdə öldürülməsindən sonra qalanın əhəmiyyəti azalıb. Şirvan hakimləri təhlükə zamanı Bəyqurd qalasında müdafiəyə çəkiliblər. 1562-ci ildə tarixi mənbələrdə Gülüstan qalasının I Təhmasib tərəfindən dağıdılması bildirilir.

XVI-XVII əsrlərdə Səfəvi-Osmanlı müharibələri zamanı Şamaxını tutmuş Osmanlı sərkərdələri qalanı bərpa edərək içərisində qarnizon yerləşdiriblər.

1938-ci ildə Gülüstan qalasında arxeoloji araşdırmalar aparılıb. 1967-ci ildə abidədə tədqiqatlar davam etdirilib və Narınqala hissəsində dörd otaq və dəhlizin divarları üzə çıxarılıb. 2011-ci ildə Şamaxı arxeoloji ekspedisiyası tərəfindən qalada yenidən arxeoloji qazıntı və tədqiqat işləri aparılıb. Qazıntı zamanı qala divarlarının və evlərin bünövrələri, qəbirlər, su təchizatı sisteminin qalıqları, 17 təndir, saxsı qablar, kaşı, daş kitabələr, silah və əmək alətləri, bəzək əşyaları, sikkələr və s. aşkar olunub.

Memarlıq baxımından unikal tikililərdən hesab olunan qala divarları və bürclər ustalıqla yonulmuş əhəngdaşından inşa edilib. Bir sıra tikililərdə bişmiş kərpic və kaşıdan da istifadə olunub.

2019-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Şirvanşahlar dövrünə aid qala tikililərinin dolğun maketini qurmaq məqsədilə Avstriya şirkəti tərəfindən Gülüstan qalasının qalıqlarının skan çəkilişi aparılıb və qalanın 3D modeli hazırlanıb.

 

“Cümə məscidi”

Azərbaycanın Şirvan bölgəsi, tarixdən və arxeoloji qazıntılardan bəlli olduğu kimi, çox zəngin memarlıq irsinə malikdir. Elmi ədəbiyyatlarda Şirvan memarlıq məktəbi kimi tanınan bu mədəni proses dövrümüzə qədər mühafizə olunan Bakı, Qobustan, Dərbənd, Qəbələ abidələrində özünü təzahür etdirməkdədir. Şirvanşahlar dövlətinin siyasi və mədəni mərkəzi olan Şamaxı şəhəri Azərbaycanın ən aktiv seysmik zonasında yerləşdiyindən oradakı abidələr tarix boyu dağıntıya uğrayıb. Ən güclü zəlzələ 1902-ci ildə Şamaxını və ətraf yaşayış məskənlərini yerlə yeksan edib. Bu zəlzələ nəticəsində islam aləminin ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi də xarabalığa çevrilib. Zəlzələdən sonra Tiflisdə yaradılan xüsusi komissiya Şamaxıda işə başlayıb. Həmin dövrdə komissiyanın üzvü ixtisası geoloq olan şahzadə Şahqulu Qacar məscidin kitabəsini oxuyub və onun hicri 126-cı (miladi 743) ildə inşa edildiyini bildirib. Hətta bu barədə E.N. Marçenko 1902-ci ilin aprel ayında Peterburqda Mülkü Mühəndislər Cəmiyyətində məruzə edib.

1909-cu ildə tanınmış memarlar İ.K. Ploşko və Z. Əhmədbəyov tərəfindən məscidin qədim plan strukturu saxlanılmaq şərti ilə Mavritan üslubunda yeni layihəsi hazırlanıb. Əvvəlkindən fərqli olaraq yeni məscidin qarşısında 44,8 metr uzunluğunda və 8,5 metr enində böyük eyvan inşa edilib. Həm də üç hissədən ibarət olan iş məkanının örtüyü dəyişdirilərək böyük metal konstruksiyalı günbəzlərlə əvəz edilib. Əslində isə yan otaqların içərisində daha dörd sütun və bu sütunlar üzərində nisbətən kiçik günbəz və tağlı tavanlar olubmuş. Qeyd olunan sütunların qalıqları 1979-cu ildə aparılan şurf qazıntısı nəticəsində aşkar edilib.

Günbəzin kiçik ölçüləri zəlzələdən sonra çəkilmiş fotolarda da görünməkdədir.

1918-ci ilin mart-aprel aylarında erməni daşnaklarının ölkəmizdə həyata keçirdiyi soyqırımı və talanlar zamanı dünyanın ən qədim məscid nümunələrindən olan Şamaxı Cümə məscidi də yandırılıb.

1979-cu ildə Xüsusi Elmi Bərpa İstehsalat İdarəsi tərəfindən məscidin ayrı-ayrı hissələri bərpa edilib. 2010-2013-cü illərdə isə Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi olan məscid və onun ətrafında regenerasiya işləri aparılıb.

 

 

 

 

İsmayıllı rayonu

 

Qız qalası

Azərbaycan ərazisində “Qız qalası” adlandırılan çoxsaylı abidələrdən biri də İsmayıllı rayonunun Xanagah kəndindədir. Kəndin yaxınlığında, "İsmayıllı" dövlət yasaqlığının ərazisində yerləşən bu qülləli qalanın digər qız qalaları kimi müdafiə məqsədilə tikildiyi güman edilir.

VII əsrə aid edilən ölkə əhəmiyyətli memarlıq abidəsi olan qala Axox çayının sağ sahilində sərt yamaclar və sıldırım qayalarla əhatələnmiş dağın üstündə tikilmiş müdafiə istehkamıdır. Divarları daşdan hörülən tikilinin bəzi yerləri kərpiclə üzlənib. Ümumiyyətlə, abidənin inşasında daşdan və bişmiş kərpicdən, eləcə də kirəc məhlulundan istifadə olunub.

Abidənin şimal hissəsində sahəsi 300 kvadratmetr olan terrasda "iç qala"dan Talıstan kəndi yaxınlığında yerləşən Cavanşir qalasına yeraltı yolun olduğu güman edilir. Qalaya yolun bir hissəsini avtomobillə, təxminən bir kilometrini isə piyada getmək olar.

Abidənin ön istehkamın uzunluğu 28,6 metr, hündürlüyü 7,7 metrdir. Qalınlığı 1,8 metr olan bu sədd dərənin ağzını qapayırmış. Səddin ortasında üstü tağşəkilli darvaza yerləşirdi. Səddi keçdikdən sonra Qarasu dərəsi ilə şimala doğru qalxdıqca sağ tərəfdəki sıldırım qayalıqdakı boşluqları qapayan qala divarlarının qalıqları görünür. Abidənin şimal küncündən başlayaraq qala divarları həm şərq, həm də qərb yamacı boyunca uzanaraq onu dövrəyə alır.

Ümumi sahəsi 1,5 hektara yaxın olan qalanın planı mürəkkəb formalıdır. Sahəsi 300 kvadratmetr olan narınqala üst terrasda yerləşməklə hakim mövqeyə malikdir. O, qalanın şərq divarı ilə hüdudlanır, digər tərəflərdən isə sərt enişə ayrılır.

 

Niyal qalası

 

Azərbaycan ərazisində ən qədim qalalardan biri də Niyal qalasıdır. Mütəxəssislər abidənin inşa tarixini Erkən Orta əsrlərə – VI, bəzi mənbələrdə VII-VIII əsrlərə, hətta eramızdan əvvələ aid edirlər.

Qafqaz Albaniyası dövründə tarixi Girdiman vilayətində tikilən qala İsmayıllı rayonunun Lahıc qəsəbəsindən cənubda, Girdiman çayının sol sahilində, Niyal dağında yerləşir. Abidə adını da elə bu dağdan alıb. Lahıcdan sərt meşə yoxuşu ilə qalxıb bu müdafiə qalasına çatdıqda tikilinin strateji baxımdan əlverişli mövqedə yerləşdiyi məlum olur. Buradan nəinki Lahıc, qədim Girdiman vilayətinin geniş əraziləri, eləcə də bir qədər yüksəkdən cənubda Kür çayınadək, qərbdə Qəbələyədək, şərqdə isə Şamaxıyadək ərazilər aydın görünür. Bu, qalanın mövqeyi baxımından həm də müşahidə məntəqəsi olduğunu deməyə əsas verir. Belə bir mürəkkəb relyef şəraitində çaydaşından və kirəc məhlulundan istifadə olunmaqla tikilən Niyal qalasına əsas yol Lahıcdan olsa da, Sulut və Fit dağı tərəfdən də sərt dağlıq ərazilərdən keçməklə yetişmək olar.

Dəniz səviyyəsindən təxminən 1800 metr yüksəklikdə yerləşən qalanın divarlarının hündürlüyü bəzi yerlərdə 12 metrə çatır. Ölkə əhəmiyyətli tarix yadigarı olan bu nadir memarlıq nümunəsinin cəmi iki divarı, bir neçə bürcü və bəzi hissələri günümüzə qədər gəlib çatıb. Hətta bu qalıqlar istehkamın vaxtilə möhtəşəm tikili olduğunu göstərir.

Niyal qalası istiqamətində fayton yolu olub. Sonuncu Şirvan xanı Mustafa xan da qaladan müdafiə məqsədilə istifadə edib. Ona görə bu abidə eyni zamanda “Mustafa xan qalası” da adlanıb.

 

Cavanşir Qalası

İsmayıllı rayonu ərazisindəki qədim tarixi abidələrin böyük əksəriyyəti Qafqaz Albaniyası dövrünə aiddir. Albaniya tarixinin son dövrləri onun əsas vilayətlərindən olan Girdiman və tanınmış sərkərdəsi Cavanşirin adı ilə bağlıdır.

Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən indiki İsmayıllı rayonun Talıstan kəndi ərazisində tikdirilən qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. VI-VII əsrlərin yadigarı olan qalanı Mehranilər sülaləsinə məxsus hökmdarlar idarə ediblər.

Ölkə əhəmiyyətli memarlıq abidəsindən bir qədər aralı, qalaya gedən yolun üstündə “Səngər yeri” adlı kiçik düzənlik var. Bu yerin xüsusiyyətindən və adından məlum olur ki, qalaya olan hücumların qarşısı burada alınıb. Burada ciddi müqavimətlə qarşılaşan, xeyli qüvvə itirən düşmən qalaya hücumu tam gücü ilə davam etdirə bilməyib.

Qalanın ümumi sahəsi 1,5-2 hektardır. Qala kirəc məhlulu ilə çay daşından tikilib. Qalanın qərb divarları isə uçulmuş halda olsa da, qala müdafiə xüsusiyyətini özündə saxlayıb. Qalada diametri 8 metrə çatan 6 bürc var. Qala üç tərəfdən Ağ çayın dərin keçilməz dərəsi ilə əhatə olunub. Qalaya giriş yalnız cənub tərəfdən olub və Burada eni 2,5 m olan darvaza yeri aydın görünür. Cənub divarlarının qalınlığı 2, hündürlüyü isə 10 metrdən çoxdur. Divarların üstündə bir-birindən təxminən 0,5 m aralı daraqvarı dişlər olub. Divarları möhkəmləndirmək məqsədilə bürclər tikilib. Bürclər cənub tərəfdə dördkünc, digər tərəflərdə isə dairəvi formadadır.

Cavanşir qalası əsas hissə və iç qaladan ibarətdir. Düzgün olmayan çoxbucaqlı ilə iç qala dağın ən hündür yerində tikilib. Qalanın şimal qurtaracağında eni 2 m, uzunluğu isə 50 m olan divar çıxıntısı var. İç qalanın divarları daha çox dağıntıya məruz qalıb. Qalanın şimal qurtaracağında baş müşahidə məntəqəsi yerləşir. Oradan “Səngər yeri” və ümumiyyətlə, qalaya gələn yollar aydın görünür. Qalanın şimal-şərq tərəfində gizli yol olub. Bu da uzun çəkən mühasirə zamanı qalanın xarici aləmlə əlaqə saxlamasına imkan verib. Cavanşir qalası sonrakı əsrlərdə də müdafiə əhəmiyyətini qoruyub saxlayıb. Çox güman ki, qalanı heç vaxt düşmən qüvvələr ələ keçirə bilməyib. Qalada döyüş zamanı olan dağıntı izlərinə rast gəlmək olmur.

Qaladan təqribən 7 km məsafədə, İsmayıllı rayonunun Xanagah kəndi ərazisində yerləşən “Qız qalası”na yeraltı yolun olması güman edilir.

 

Buzxana - yeni aşkar olunmuş  memarlıq   abidəsidir.

 

 

  Sulut  kəndindən  2  km  aralıda,  kəndin  şimal-qərbində   qıcalıq  adlanan  sahədə  qədim  abidələrdən  olan  Buzxana  abidəsi  yerləşir.  XIV-XVIII  əsrlərdə  tikildiyi  bildirilir. Buzxana   Sulut  çayının  sağ  sahilində, Haram  çayının  isə  sol  sahilində  yerləşir.  Ərazidə  heç  bir  arxeoloji  qazıntı  işləri  aparılmamışdır.

 Buzxana adı ilə məlum olan bu tikilidən bir zamanlar hansı məqsəd üçün istifadə edildiyini  demək  çox  çətindir. XVIII əsrdə Fit şəhərinin Şirvanşahların paytaxtına çevrilməsindən  sonra  şahın  iqamətgahı  Şamaxı şəhərindən Haram qalasına köçürülmüşdür.  Onu  da  qeyd  edək ki , Haram qalasının özü də Şirvanşahlar tərəfindən inşa  olunmuşdur.  Buzxana  abidəsi  Haram  qalasından 1,5 km aralıda yerləşir. Bunu da belə  əlaqələndirirlər  ki, Buzxana  Şirvan  şahının,  onun  ailə  üzvlərinin   və   əyanlarının ərzaq  anbarı  olmuşdur.  Buzxananın  yerləşdiyi  ərazi   və  onun  ətrafı  münbit  düzənlikdir. Bu  ərazidən  nə  zamansa əkinçilik və ya meyvə bağı kimi istifadə olunması şübhə doğurmur.

Bu  ərazilər  və  Mustafa  xanın  bu  ərazilərdə  yaşaması  barədə  Azərbaycan Memarlar İttifaqının üzvü,  memar Məhəmməd  Nurməmmədovun  “Girdiman  qalaları”  adlı  kitabında   qeyd  edilmişdir.  

Hal-hazırda  abidənin  tavan  hissəsinin  hər  iki  tərəfi  təbii  fəlakət  nəticəsində  yararsız hala  düşmüşdür.  Abidənin  içərisində  mövcud  olan üzlənmiş çay daşı hissələri uçmaqdadır. Yerli  sakinlərin  sözlərinə  görə, abidənin  dağılmasına  səbəb  insanların  qızıl tapmaq  məqsədilə  burada  qazıntılar  aparmasıdır.

Hal-hazırda  da  bu  ərazi  sakinlərin  bağ  sahələri  kimi  istifadə  olunur.

2014-2017-ci  illər  ərzində  dövlət  büdcəsində  dövlət  əsaslı vəsait  qoyuluşu  hesabına  tikintisi  nəzərdə  tutulmuş  layihələr  siyahısında  nəzərdə  tutulsa  da,  indiyə kimi  buzxanada    konservasiyası,  qismən  bərpası   işləri,  turizm  məqsədlərinə  uyğunlaşdırlması  və  tədqiqat   işləri  aparılmamışdır.

 

 

Cümə məscidi

 

İslam memarlığının bariz nüməsi olan İsmayıllı şəhər Cümə məscidi - İsmayıllı şəhərinin Aşağıbaş  adlanan  məhəlləsində  yerləşir. Hicri-qəməri təqvimi ilə 1303-cü ildə ( 1882-ci il ) kənd  ağsaqqalları, dindarları və ziyalılarının  təşkilatçılığı ilə məscidin tikilməsi haqqında təşəbbüs irəli sürülmüş, camaatın  köməkliyi  ilə  inşa edilmişdir.  Xeyriyyəçi insanlar və kənardan gələn insanlar bu məscidin tikilməsinə köməklik göstərmiş və tikilərək istifadəyə verilmişdir. Dindarlar və ağsaqqallar əslən Kürdəmirli olan Məmmədəmin əfəndini məscidə əfəndi təyin etmişlər. Məscid öz axarı ilə fəaliyyətinə başlamışdır.  O zamanlar məscidin həyətində iki otaqlı mədrəsə və dəstəmaz  almaq  üçün  dairəvi  formada  çarhovuz  olmuşdur.

  1918-ci ildə erməni-müsəlman məsələsi ortaya çıxmış,  mənfur  ermənilər məscidin minarəsini dağıtmış  və məscidi yandırmışlar. Lakin məscid ilahi hikmət olaraq qalmış  və yanmamışdır.    Təəssüflər olsun  ki, məscid Sovetlər dövründə - 1937-ci ildən 1988-ci ilə qədər məktəb, hərbi kazarma, həbsxana  və  anbar  kimi istifadə  edilmişdir.

1989-90-cı illərdə burada təmir-bərpa işləri aparılmış və məscid istifadəyə verilmişdir. Daha sonra sovet quruluşu meydana çıxmış, 1929-cu ildə kalxozlaşma başlamışdır. Beləliklə məscid bağlanmış və hökümət tərəfindən nümayəndələr gələrək  dindarları və ziyalıları siyasi məhbus kimi tutmuş və məscidi həbsxanaya çevirmişlər.    Məscid  bir neçə müddət həbsxana kimi  faəliyyət göstərmişdir.  Sonradan  isə  məscid binası  kolxoz  tərəfindən  taxıl  anbarı elan edilmiş  və  bir  neçə müddətdən sonra anbarın da  yeri  dəyişdirilmişdir. 1943-45-ci illərdə  məsciddən  hərbi düşərgə  kimi  istifadə  olunmuşdur.      

 

Fitdağ

XVIII  əsrə  aid  Abidə  İsmayıllı  rayonunun  ən  qədim  kəndlərindən  biri   olan Sulut kəndindən  şimalda  geniş ərazini  əhatə  edən  dağ  yamacında,  dəniz  səviyyəsindən 1810 m yüksəklikdə Fit dağının zirvəsində yerləşir.  Qala  Şamaxı  şəhərinin  şimal-qərbində, 35  km-lik  məsafədə  Sulut  və  Basqal  kəndlərinin  yaxınlığındakı  Fit  dağında  olmaqla  bərabər, bu  dağ  özü  də  hər  tərəfdən əlçatmaz  Lahıc  dağları,  cənubdan  və  şərqdən  Haram  dərəsi, qərbdən  Niyal  dağ  silsiləsi, şimaldan Baş su ayrıcı, cənub-qərbdən  isə Mücü çayına baxan sıldırım qayalıqlarla  əhatə  olunmuşdur.  Bu dağlar silsiləsi  məşhur  Babadağ, Niyal  dağı  və  nəhayət  Qafqaz  sıra  dağlarına  söykənir.  Bu  yerlərə  keçmişdə  insan ayağı  nadir  hallarda  dəyə  bilərdi.  İlk vaxtlar  bu  yerlərə  ov etməyə  və  ya  giləmeyvə  tədarükünə  gələn  qədim  insanlar, müəyyən  zaman  keçdikdən sonra  orada  özünə  sığınacaq  və  istehkamlar  yaratmalı olmuşlar. Erkən orta əsrlər dövründə  xaricdən  olan  basqın  və hücumların artması ilə ətrafdakı yaşayış məntəqələrinin əhalisinin dağlara, o cümlədən Fit  dağına  çəkilməsi  prosesi  həyati zərurətə  çevrilmişdir. Bax, elə o zamandan yerli sakinlər tərəfindən Fit dağında ilkin müdafiə  sədləri  yaranmışdır.

Buna  görə  də  təsadüfi  deyil ki, XIX əsrin axırları və  XX əsrin əvvəllərinə qədər nəinki Fit qalası, hətta Fit dağının özü də coğrafi xəritələrdə  qeydə  alınmamışdır.

Fit  qalasının  nə  zaman  tikilməsi  barədə  dəqiq  məlumat  yoxdur. Bəzi  tədqiqatçılar burada hələ XI-XII  əsrlərdə müdafiə  qalası olduğunu  ehtimal  edirlər. Fit qalası barəsində  orta  əsr  mənbələrində  də  müəyyən  məlumatlara  rast  gəlmək  mümkündür.

X  əsrə  aid  anonim  mənbə  olan  “Hüdud əl-aləm”  əsərində  Şamaxıdan  və  Niyal qalasından  bir  fərsəng  məsafədə  daha  möhkəm   bir  qala vardır. Şahın zindanı oradadır. Bu  məlumatda iki məqam diqqəti cəlb edir.

1.          Niyal  qalasından  bir  fərsəng  məsafədə   olan  yeganə  qala  Fit  qalasıdır. Fit  qalası barədə  əlimizdə  olan  məlumatın  bir  hissəsi  də  Şirvan  xanlığı dövrünə, yəni XVIII-XIX əsrlərə  aiddir. Bu dövrə  aid  məlumatlardan  birində deyilir  ki,  Şirvan  xanı  Mustafa  xan  Fit  qalasına  üç  arşın  enində  divar  çəkdirmişdi. Bu  işə  Şirvan  xanı  Mustafa  xan  3 min  adamı  cəlb  etmişdir. 

2. Qalada şahın zindanı olduğu barədə məlumatdır. Xatırladaq ki, Fit qalasında ətraf kəndlərin  sakinlərinin  bu  gün  də “zindan” adlandırdığı yer mövcuddur. Görünür, oradakı “meydan” və “qanlı qaya” adı ilə məlum olan yerlər də Fit qalasının ən azı X əsrdən daha əvvəlki dövrə aid olduğundan xəbər verir.

 

1945-ci ildə Fit qalasını tədqiq etmiş Ə. Salamzadə isə qeyd edir ki, qala, yaşayış məntəqəsinin  qala  divarları  ilə  əhatə  olunmuş  mərkəzi  hissəsidir. Tədqiqatçı, fikrini Fit  qalası  ətrafında  çoxlu  sayda  tikililərin  olması   ilə  əsaslandırır.  F. Fituni isə yazır: “Qala  divarlarının  mərkəzində  sonuncu  Şirvan  xanı Mustafa  xanın  sığınacağı olmuş qəsr yerləşir. Qəsr o hesabla  tikilmişdir  ki,  hətta  qalanın  aşağı hissələri  ələ  keçirilsə də, əhali  və  xan  ailəsi  onun  içində  uzun  müddət  sığınacaq  tapa  bilsin. Qəsrin xarabalıqları  onun  əvvəlki möhtəşəmliyini yaxşı nümayiş etdirməsə də, tamamilə dağılmış  çox  otaqlı  tiklinin  qalıqlarını  görmək  mümkündür. Ehtimal  ki, bu, Şirvan  xanının ehtiyat  sarayıdır. Yerli  əhali  qala  içindəki  həmin  tikilini  “Divanxana”  adlandırır”.

 

Girdiman  qalası

 

Qala  bir  millətin,  xalqın  mübarizə,  qəhrəmanlıq,  mərdlik   simvoludur.  Bir yerdə  qala  varsa,  deməli,  oranın  xalqı,  yurdu,  vətəni  uğrunda  canından  keçib,  döyüşüb,  düşmənlə  mübarizə  aparıb  və  dogma  torpaqları  gələcək  nəsillərə  miras  qoya   bilmişdir.  Bu  baxımdan  Azərbaycan  xalqı  çox   xoşbəxtdir,  çünki  ölkəmizin  dörd  bir  tərəfində  müxtəlif  dövrlərə  aid  qalalar   ucalır.

Azərbaycan  ərazisində  ən  qədim  qalalardan  biri  də,  Qafqaz  Albaniyası  dövründə  tarixi  Girdiman  vilayətində  tikilən  Girdiman  qalası  İsmayıllı  rayonunun  Lahıc  qəsəbəsindən  3  km  cənub-qərb  istiqamətində,  Girdiman  çayının  sol  sahilində,  Niyal  dağı  Silsiləsinin  şimal-şərq  yamaclarında və  yüksək  dağ  çəmənliklərində   yerləşir. Həmçinin  qala  Lahıc  və  Basqal  kəndlərinin  arasında,  strateji  baxımdan  olduqca  əlverişli  bir  ərazidə   yerləşir.

Lahıc  Azərbaycan  Respublikasının  dilbər  guşələrindən  biridir.   Lahıc  qəsəbəsi  ölkənin  şimalında,  Böyük  Qafqaz  sıra  dağlarının cənub yamacında, dəniz  səviyyəsindən 1505 m hündürlükdə  yerləşən  şəhər tipli qəsəbədir. Qəsəbənin  coğrafi mövqeyi  və  zəngin  tarixi,  arxitekturası  və  tarixi  abidələri,  yerli əhali arasında təşəkkül  tapmış  sənətkarlıq  sahələri  və  s.  Niyal  dağından  Lahıcın  ümumi  görünüşü məkanı Azərbaycan çərçivəsində və bir çox xarici ölkələrdə tanıtdırmışdır. Lahıc Girdiman  çayının  sahilində  yerləşməklə  Babadağ  və  Niyaldağ  silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın  xarici  təsirlərdən   yaxşı  müdafiə  olunması  üçün  imkan  yaratmışdır.

 Yazılı  mənbələrdə  Azərbaycan  ərazisində  yerləşən  qalalar  arasında  həm  Girdiman  qalası,  həm  də  Niyal  qalası  adlarına  geniş  rast  gəlinmişdir.   Əksər  tədqiqatçılar  mənbələrdə  qeyd  olunan   bu  adların  iki  müxtəlif  qalaya  aid  olduğunu  ehtimal  edirlər.  Qalanın  XVIII  əsrə  aid  olduğu  güman  edilir. 

Girdiman  qalasının  tarixindən  danışarkən  ilk  növbədə  Qafqaz  Albaniyası  haqqında  mötəbər  mənbə  sayılan  Moisey  Kalankatuklunun  yazdığı  “Albaniya  tarixi”  əsərinə  müraciət  olunmalıdır.  Həmin  əsərin  XIII  fəslində   müəllif   Arşakilər  sülaləsini  əvəz  etmiş  Mehranilər  sülaləsindən  danışarkən,  “...Girdiman  qalasını  3 il  ərzində  tikən  cəsur  Vardan...”  haqqında  məlumat  verilmişdir. Vardan  Mehranilər  sülaləsinin   banisi  Mehranın  nəticəsivə Cavanşirin  ulu  babası  olmuşdur.  Görkəmli  alim  Ziya  Bünyadovun  nüfuzlu  rəyinə  görə, Vardanın  hakimiyyəti  illəri təqribən  570-ci  illərə  təsadüf  edir.  Deməli,  Moisey  Kalankatuklunun  qalanın  inşası  ilə  bağlı  qeyd  etdiyi  məlumatı  nəzərə  alsaq,  cəsur  Vardanın  hakimiyyəti  dövrünü  təxmini  olsa  da  qalanın  inşa  edildiyi  tarix  saymaq  olar. 

Girdiman  qalası  ərazisinin  böyüklüyünə  və  quruluşuna   görə  regionun  başqa  məlum   qalalardan  fərqlənir.  Buranın  təbii  şəraiti, su  ehtiyatı,  əkin  və  otlaq  üçün  yararlı  torpaq  sahələri  qalanın  ərazisində  çoxlu  sayda  insanın  uzun   müddətli   müdafiəsi  və  daimi   yaşayışı  üçün  əsas   şərt  olmuş,  hələ  qədim  dövrlərdən  insanları  buraya  cəlb  etmiş  və  qala   tikmək  üçün  stimul  vermişdir. 

 

Gümbəz  ( Sərdabə )

XVIII  əsrə  aid  memarlıq  abidəsi  olan  Günbəz ( Sərdabə) İsmayıllı  rayonunun Pirəbilqasım  kəndi  ərazisində,  rayon  mərkəzindən 16  km  şərqdə,  İsmayıllı-Basqal  şossesindən  3  km  cənubunda    yerləşir.  Əhalisi  əsasən  əkinçilik  və  heyvandarlıqla  məşğul  olur.       

Kəndin  tarixi  çox qədimdir. Bunu  kənddəki yüksək  keyfiyyətli  memarlıq  üslubunda  tikilmiş  səkkiz  guşəli  Gümbəz  ( Sərdabə )  öliya   adlanan  tikili  və  kənddən  3  km  şimalda  yerləşən   e. ə. III-I  əsrlərə  aid  edilən  nekropol  da  təsdiq  edir.  Bu  tikili  Əbilqasım piri  adlandırırlar. Kəndin  adı  da  buradan  götürülmüşdür.                                                                                                                                   Bu tikili  bir  sıra  möcüzələrə  malikdir.    

 Birincisi   tikilinin   necə  yüksək  ustalıqla  hazırlanmasını  görmək üçün  gərək  onu  yaxından  ziyarət  edəsən.

İkincisi  bu  tikilinin  üç  tərəfinin  torpağının sürüşüb axmasına  baxmayaraq   Gümbəz  ( Sərdabə )  öz  yerində  möhkəm  dayanmışdır.

Üçüncüsü  Gümbəzin  ( Sərdabə )   içərisində   yuxarısının   diametri  10 sm-ə  bərabər sonradan  isə  genişlənən  bir  quyu  vardır ki, bu quyunun dərinliyi heç kimə məlum deyildir.

Dördüncüsü  rəvayətə  görə  XVIII  əsrdə  tikilmiş  Gümbəzin  ( Sərdabə )  döşəməsi hamar  düzbucaqlı  daşlarla  döşənmişdir  ki,  bu  daşların  da  uçaraq  quyuya tökülməməsi  möcüzədir.

Beşincisi  döşəmə iki qatdan ibarətdir. Bu qatlar arasında narın toz halında ( el içərisində  tütyə  adlanan )  torpağa  oxşar qəribə maddə var ki, buranı ziyarət edən insanlar  bundan  özləri  ilə  götürürlər.

Altıncısı   Pirin   içərisində  daşdan  səliqə  ilə  düzəldilmiş  üzərində  yazılar  olan  bir qəbir  və  Pirin  öz  maketi  vardır.

Yeddincisi  isə  bu  tikilinin  hansı  məqsədlərlə  qurulmasının  səbəbləri  hələ  də bilinmir. Pir  haqqında  məlumatlar  yalnız  rəvayətlərə  əsaslanır.  Bu  möcüzəli  Pirin  adı Əbilqasım  piri  adlanır  ki, kəndin  adı  da  elə  buradan  götürlmüşdür.

Bu öliya çox insanlardan yardım əlinin əsirgəməmişdir. Buranı ziyarət edib, onun  hüzurunda  Allaha  müraciət edən insanların əksəriyyətinə kömək olmuş və sağlamlıqlarında  problem  olanlar  isə  şəfa  tapmışlar.  Öliyanın  tikilisi  o  qədər  maraqlı,  cəlbedici  və  zəhmlidir  ki,  ziyarətçidə  ona  qarşı  inam  oyadır.  Elə  bu  inamla  da  insanlar  dərdlərinə  əlac  tapırlar.

2014-2017-ci  illər  ərzində  dövlət  büdcəsində  dövlət  əsaslı vəsait  qoyuluşu  hesabına   tikintisi  nəzərdə  tutulmuş  layihələr  siyahısında  nəzərdə  tutulsa  da,  indiyə kimi  Gümbəz  ( Sərdabə )  bərpa  olunmamışdır.

 

 

Haram   qalası ( Qırxotaq abidəsi

 

Haram  qalası ( Qırxotaq abidəsi ) İsmayıllı  rayonunun  ərazisində, Sulut kəndindən 6 km  şimal-qərb  istiqamətində, Haram çayının  sağ  sahilində, Fit  dağının  Haramı  adlanan  şimal-şərq  yamaclarından  birində, əlçatmaz  sıldırım  qayalığın  üzərində, dəniz  səviyyəsindən  1600 metr  yüksəklikdə,  sıx  və  hündür  meşə  ağacları  ilə  örtülmüş  sahədə  yerləşir. Qalanın  yerləşdiyi  ərazi  şimal-qərb  tərəfdən  Niyal  dağı  silsiləsi  ilə  həmsərhəd  olub,  şərq  tərəfdən  Haramçayın  hövzəsinə  doğru  hüdudlanır.  Qədim  Lahıc-Sulut  dağ  yolu  qalanın  yerləşdiyi  qayalığın  şərq  ətəyindən  keçir  və  Haramçayın  hövzəsinə  doğru  enir.  Qala  ərazisi  şimal  və  şərq  tərəfdən  sıldırımlı,  sərt  qayalarla  əhatələnmişdir.  Qalanın  cənub  tərəfi  Sulut  kəndinə  doğru  istiqamətlənmiş  sərt  enişli  yamacdan  ibarətdir.  Sahəsi  4,3  hektar  olan  Haram  qalasının  ərazisi  mürəkkəb  relyefli  olub,  mailliyi  20-30°  arasında  dəyişir. 

Haram  qalasının  adını  bəzən  yanlış  olaraq  Fit  dağının  adı ilə  Fit  qalası  da  adlandırırlar.  ətraf   kəndlərin  sakinləri  arasında  bu  qalanın  başqa,  “Mustafa  xan  qalası”,  bəzən  isə   “Qırxotaq”  adı  da  yayılmışdır  və  şübhəsiz  ki,  bu  sonuncu   Şirvan  xanı  Mustafa  xanın  adı  ilə   bağlıdır. 

 

Məbəd ( Kilsə )

 

XIX  əsrə  aid  Məbəd ( Kilsə )  İsmayıllı  rayonunun  qədim  kəndlərindən   birində  Girk  kəndində  yerləşir. Girk  kəndi  rayonun  cənub-şərqində  dağlıq  ərazidədir. Keçmişdə  rayonun  ərazisində  Kirk  və  Kirk Güzəran adlı  iki  kənd  mövcud  olmuşdur.  Yerli  əhali  arasında  Ləngəbiz  dağları,  Qaş dağları, onun  yamacında  olan  kəndlər  isə  Qaş kəndləri adlanır. Yaşayış  məntəqəsini  XVIII əsrin  axırlarında  Qarabağdan köçüb gəlmiş ailələr salmışdır. Çox güman ki, toponim türk  dillərində  “dağlıq  tərəf”  mənasını  bildirən  kırka  sözü ilə bağlıdır. Kəndin yerləşdiyi fiziki-coğrafi  şərait  də  bunu  təsdiq  edir.  Bəzi   mənbələrdə  Girk   sözü  canavar  mənasını  da   bildirir.  

Deyilənə  görə, Məbəd ( Kilsə ) həmin ərazidə yaşayan albanlar tərəfindən  inşa etdirmişdir.  Sonradan   Qarabağdan  köçüb  gəlmə  ermənilər  bu  kilsənin  çöl  hissəsində  olan  xaç  şəklini  dəyişmişlər.  Bu  onu  göstərir ki,  ermənilər  bu  kilsəni  dünyaya  öz  abidələri  kimi  təqdim  etmək   istəmişlər. Lakin  İsmayıllı  rayonun  bu  əraziləri  tarixən  albanların  yaşadıqları  yaşayış  məskənləri   olduğunu  sübut edir. Deməli,  bu kənddə  albanlar  yaşadığı  üçün   Məbəd ( Kilsə)  də  məhz  albanlar tərəfindən  inşa  olunduğu  da  ehtimal  olunur.

 

 

Türbə

 Kələzeyvə  kəndi  Sulut  kənd  İnzibati  Ərazi  Dairəsi  üzrə  nümayəndəliyin  ərazisində yerləşən qədim tarixə malik olan kəndlərdən biridir. Kənd  rayon mərkəzindən   45  km  şərqdə, Sulut  kəndinin  sol  tərəfində, Niyal  dağ  silsiləsindən  olan Eşid  dağının  ətəyində  yerləşir. Kəndin  tam  mərkəzindən  axan  çay  kəndi  iki  hissəyə bölür. Bu  çayın  mənbəyi  isə  Eşid  dağından  başlayır. 

“Kələ”  sözü   fars  dilində   böyük   yaşayış  məntəqəsi  mənasını  verir.  “Zeyvə”  sözü  isə ərəb  dilindəki  “zaviyə”  sözündən  olub  hücrə,  ibadətgah,  guşə  mənasını  bildirir.  Zeyvə  adlı   məntəqələr   adətən  İslam  dininin  tüğyan  etdiyi  vaxtlarda  ömrlərini  ibadətlə  keçirən   ruhanilər   üçün  salınmış  yaşayış  məntəqələridir.  Buradakı  qədim  qəbristanlıq   XVI-XVIII  əsrə  aid  olduğundan   kəndin  qədim  tarixə  malik  olduğunu  sübut  edir. Hətta  ətraf   kəndlərdə  rəhmətə  getmiş  şəxslərin  burada  dəfn  edilməsi  bir  daha  onu  göstərir  ki, Zeyvə  ətrafda  olan  kəndlərdən  daha  böyük  yaşayış  məntəqəsi olmuşdur.

Kənd  ərazisindən   tapılmış  zəngin  maddi-mədəniyyət nümunələri burada, orta əsrlərdən  qaynar  həyatın  mövcud  olduğunu  göstərir.  Əkinçilik  zamanı  tapılan sikkələr daha  çox  XIII-XV  əsrlərə  aiddir.  Ola  bilsin  ki, burada  bundan  çox-çox  əvvəl  də  yaşayış olmuşdur,  amma  bu  bir  faktdır  ki,  Azərbaycanın  monqollar  tərəfindən  istila edilməsindən  sonrakı dövrdə, bu ərazidə həyat xüsusilə canlanırmış. Çox güman ki, yaxınlıqdakı  bir  çox  yaşayış  məntəqələrindən,  o  cümlədən  də  Şamaxıdan  əhalinin  bir hissəsinin  didərgin  düşərək  bu  yerlərə  köçməsi  ilə  əlaqədər  olmuşdur.

 Şirvan hakimlərinin adı ilə bağlı abidələrdən biri də XIX  əsrə aid  Zeyvə türbəsidir.  “Azərbaycanın arxitektura tarixi” adlanan monumental əsərdə Zeyvə türbəsi barədə kifayət qədər ətraflı məlumat var.  Tikintinin  inşaat  həlli  Şirvan  arxitekturasının  ən  yaxşı  nümunələri  səviyyəsindədir.

Qəbirstanlığın  XVI-XIX  əsrlərə   aid  edilməsini  qeyd  etsək,  görə  bilərik  ki,  bəzi  ehtimallara  görə  Mustafa  xan  öz  qardaşı  oğlu  üçün  ucaltdığı   türbə  o  vaxtdan  qəbristanlıq  ərazisində  yerləşir. Yerli  əhali  ilə  söhbət  zamanı  məlum  olur  ki, həmin  ərazidə  pir  yeri olub. Yaşlı insanların  dediyinə  görə  dəfn  edilmiş  uşağın  yanına  dəfn edərkən qoyulan yumuru daş qəbir  çökəndən  sonra  gecələr  özündən  işıq  verirmiş.  Yaxın  illər  ərzində  təqribən  1934-1943-cü  illərdə  əraziyə  gələn  yerli  turistlər   maraq  üçün  pirə  baxış  keçirərkən  pirdə  olan  daş  barədə   məlumat  verilib. Qonaqlar  daşa  öz  əllərində  baxmaq  istəyiblər  və  qəbri  açıb   daşı  götürüb  baxıb  və  bir neçə  kənd  sakini  yanında  daşı  əvvəlki  yerinə  qoyublar. Həmin  adamların dediyi məlumata  görə  daşın  kamet  olduğu  bildirilir.  İnanclara  görə həmin hadisədən 1 həftə sonra daşın  itməsi  bildirilir.

Deyilənlərə  onu  da  əlavə edək ki, Zeyvə türbəsi tikildiyi vaxtdan əsr yarım keçməsinə baxmayaraq, demək olar ki, elə bir ciddi dağıntıya məruz qalmamışdır.   

Xan qalası

 

XVII əsrə aid  Abidə  İsmayıllı  rayonunun Xankəndi kəndi  ərazisində  yerləşir.     İsmayıllı rayonunun  Basqal  inzibati ərazi vahidində  olan kənd Xankəndi çayının sahilində, dağətəyi ərazidə  yerləşir.  Yaşayış  məntəqəsi  XIX əsrin əvvəllərində Şirvan xanı  Mustafa  xana  məxsus  ailələrin  məskunlaşması  nəticəsində  yaranmışdır. Xankəndi kəndində həyat birdən-birə başlanmamışdır. Azərbaycan Sovet Ensiklopediyasının  IV  cildindəki  “Kürdüvan”  məqaləsində  bu  kənd  barədə  məlumat verilmişdir.  Bir  sıra  yerüstü  əlamətlərinə  görə  Kürdüvan  və  Xankəndi  kəndləri ətrafında  qədim  istehsalat ocaqlarının  varlığı  və orada inşaat keramikası istehsal olunduğu  barədə  də  fikir  söyləmək   olar.

Xankəndi ərazisində orta əsrlərə aid çoxsaylı tikinti qalıqları mövcuddur. Orada vətəndaşlar   öz  şəxsi  həyətlərində   quyu  və  ya  xəndək  yeri  qazarkən  tez-tez  daşdan və  ya  bişmiş  kərpicdən  inşa edilmiş tikinti qalıqları üzə çıxmışdır. Kəndin cənub tərəfində - Basqal çayının yarğanında eramızın birinci əsrinə aid qəbir abidələri də  mövcuddur.  Həmin  abidələrdən   XVI-XVII  əsrə  aid  kaşı,  seladon,  şüşə  qab  parçaları,  bilərzik  nümunələri,  qırmızı  rəngli  saxsı  küplər,  gildən hazırlanmış  su qabı, dolça, şüşə muncuq  və s. tapılmışdır.

Xan qalası abidəsi barəsində çoxlu söz-söhbət gəzir. Bəziləri qaladakı yeraltı yol barəsində  eşitdiklərindən,  bəziləri  ayrı-ayrı  vətəndaşların həyətində bünövrə yeri qazarkən  divar  qalıqlarının  üzə  çıxdığından danışır. Müxtəlif  vaxtlarda həmin abidələrdən hətta qızıl dəfinələrin tapıldığını söyləyənlər də var. Aqillərimiz  sərrast  deyiblər  “yanmayan  yerdən  tüstü  çıxmaz”.  Görünür,  Xankəndi  abidələri  ilə  bağlı  bu  cür  söz-söhbətlərin   yayılması  üçün  nə  isə  bir  əsas  olmuşdur.  Bu  bir  həqiqətdir  ki,  yerli sakinlərdən bir qismi lap yaxın vaxtlaradək yeraltı abidələri sökərək daşından və kərpicindən  tikinti  materialı  kimi  istifadə  ediblər. Bu  abidə  o  abidələrdəndir  ki,  sonradan  torpaq  və  ya  lil  qatı  altında  qalmışdır. Həm  də  vaxtı  ilə  çökək  yerlərdə  tikilmiş  abidələr  bu  cür  təsirlərə  daha  çox  məruz  qalmışdır.

Oradan toplanmış  bəzi şirli saxsı qab parçaları  Xan qalasının XII-XIII  əsrlərdən  gec  olmayaraq tikildiyini  söyləməyə  imkan  verir. Əfsanəyə görə xanın sürüləri  Fit və Niyal dağlarındakı  yaylaqlarda  bəslənərmiş  və  səhər-axşam  oradan  saxsı borularla  Xan  qalasına  süd  axıdılarmış. 

Xan  qalasını  müdafiə  qalası  hesab  etmək olmaz. Axı dağların dibində, münbit vadidə, Şamaxı-Qəbələ  yolunun  lap  üstündə  də  müdafiə  qalası tikərlər?

Sulut, Kürdüvan, Xankəndi kəndlərinin əraziləri əsrlər boyu Şirvan xanlarının yay istirahət düşərgəsi olmuşdur. Əlbəttə, Şamaxının yayı hara, Sulutun, Kürdüvanın,  Xankəndi  kəndlərinin  meyvəli  bağları,  sərin  bulaqları, əlvan yamacları, yamyaşıl vadiləri hara!  Bax elə  buna  görə  də  bu  yerlərdəki  tarixi tikililəri hər şeydən əvvəl Şirvan xanlarının  məhz  yay  iqamətgahı  kompleksinə  daxil  olan abidələr kimi xarakterizə  etmək  daha  çox məntiqə uyğundur. “Xankəndi”, “Xan qalası” kimi toponomlər də sözsüz ki, bu zəmində yaranmışdır. Bütün bunlar, həmçinin yaşlı kənd sakinlərdən  eşitdiyimiz  əfsanə  və  söhbətlər Xan qalasının Şirvanşahlara məxsus olduğunu  və  onların  yay  iqamətgahı  kimi  istifadə  olunduğunu  söyləmək üçün əsas verir.

Bütün bunlar onu göstərir ki, orta  əsrlərdə  Şirvan  hakimlərinin  yay  iqamətgahına çevrilmiş  Kürdüvan  və  Xankəndi   kəndlərində  də  2000  ildən  artıqdır  ki, fasiləsiz  həyat  mövcud  olmaqdadır.

 

Ağsu rayonu

 

Azərbaycanın Şimal ərazisində minillik tarixə malik qədim Qafqaz Albaniyası (e.ə. IV - e-nın VII əsri) və orta əsr Şirvanşahlar (VI-XVI əsrlər) dövlətləri mövcud olmuĢdur. Müasir Ağsu rayonunun ərazisi bu dövlətlərin mərkəz hissəsini - Ağsuçay və Girdimançay vadisini əhatə edir. Bu çayların vadiləri bərəkətli, münbit torpaqları, təbii zənginlikləri ilə tarix boyu insanların diqqətini cəlb etmiş və əhalinin sıx məskunlaşdığı mədəniyyət mərkəzinə çevrilmişdir. Odur ki, Ağsu rayonu ərazisi Azərbaycan tarixinin miixtəlif dövrlərinə aid abidələrlə çox zəngindir. Ağsu rayonunun Nüydi, Nuran, Sanqalan, Qırlar, Gəgəli, Ərəb-mehdibəy, Qaraqoyunlu və s. kəndləri ərazisində mövcud olan qədim, antik, orta əsrlər dövrlərinə aid yaşayış yerləri, nekropollar, qəbiristanlıqlar, qalalar, türbələr, dini ibadətgahlar və başqa maddi-mədəniyyət abidələri xalqımızın əvəzsiz tarixi xəzinələridir. Ağsu rayonu ərazisindəki abidələrdən arxeoloji qazıntılar və təsərrüfat işləri görülərkən təsadüfən zəngin tarixi materiallar aşkar olunmuşdur. Bu tarixi yadigarlar içərisində Qafqaz Albaniyası maddi-mədəniyyətinin özünəməxsus yeri vardır. Qırlartəpə eneolit dövrü yaşayış yeri Qafqaz Albaniyasının ən qədim tarixini, mədəniyyətini araşdırmaq üçün çox dəyərli, nadir abidədir.

 

 

Tarixi abidələr

Qırlartəpə eneolit-antik dövr abidələri. Qırlartəpə abidəsi Ağsu rayonunun Qırlar kəndi yaxınlığında yerləşir. Yaşayış yerinin qədim mədəniyyət qalıqları eneolit dövrünə aiddir. E.ə. V-IV minilliklərdə yaşayış yerinin əhalisi əsasən əkinçiliklə məşğul olmuşlar. Qırlartəpə abidəsinin alt mədəni təbəqəsindən eneolit dövrünə aid müxtəlif məişət saxsı qab nümunələri, təsərrüfat küpləri, ocaq qurğuları, taxıl əzmək üçün istifadə olunan daşlar əldə edilmişdir.

1986-cı ildə buradan eramızın I əsrində kəsilmiş gümüş sikkə tapılmışdır. Gümüş dirhəmin bir üzündə Parfıya hakimi III Artabanın şəkli həkk edilmişdir. Digər üzündə isə yunan əlifbası ilə onun adı və başqa yazılar zərb edilmişdir. Qırlartəpə abidəsi bu ərazidə həyat tərzinin 7 min il bundan əvvəl başlandığını və uzun müddət davam etdiyini göstərir.

Nüydi antik dövr yaşayış yeri və nekropolu. XX əsrin 60-70-ci illərində burada aparılan arxeoloji qazıntılar zəngin mədəni irsin qalıqlarını üzə çıxarmışdır. Abidə Ağsu rayonunun Nüydi kəndi ərazisindədir. Burada aparılan yerüstü axtanşlar və arxeoloji tədqiqatlar nəticəsındə 10 hektardan artıq geniş sahəyə malik olan qədim yaşayış yeri aşkar edilmişdir.

Buradan taxıl əzmək üçün istifadə olunan daşlar, sadə formalı müəyyən bədii tərtibata malik gil qablar daha çox tapılmışdır. Bu keramika məmulatlarının hazırlanması e.ə. I e.-nın I əsrinə, yəni Roma işğalçılarının yürüşləri dövrünə aiddir. Tədqiqatlar göstərir ki, Roma işğalları ərəfəsində Qafqaz Albaniyasında əsasən metalişləmə sənətkarlığı ön plana keçmiş və hərb işi ilə bağlı silah istehsalı vacib olmuşdur. Odur ki, dulusçuluq sənətində müəyyən tənəzzül özünü göstərir.

Eyni zamanda burada qazıntılar zamanı yaşayış binalarına məxsus çaydaşından hörülmüş bünövrə qalıqları aşkar olunmuşdur.

1972-ci ildə, bu ərazidə tapılmış pul dəfinəsi tariximizin iqtisadi, mədəni problemlərini araşdırmaq üçün çox böyük tapıntıdır. Dəfınə kiçik küpə içərisində 36 ədəd gümüş sikkədən ibarətdir. Sikkələrin bir üzündə sxematik insan başı, digər üzündə isə bir əlində əsa və ya nizə, o biri əlində quş (bəzən də keçi) tutmuş adam təsvir olunmuşdur. Sikkələrin üzərində yazı yoxdur. Bu sikkələr Makedoniyalı İsgəndərin pullarına bənzədilərək zərb edilmiş Alban atlısı sikkələrindən başqa yalnız bir ədəd xarici sikkə vardır. Bu sikkə II Mitridatın (e.ə. 124-88) adına zərb edilmiş Parfıya puludur. Göründüyü kimi bura Qafqaz Albaniyasının antik dövr mədəniyyət ocaqlarmdan biri olmuşdur. Qafqaz Albaniyasının iqtisadi, mədəni həyatında, ticarət əlaqələrində bu yaşayış yeri mühüm rol oynamışdır. Qaraçıbulaq antik dövr abidələri. 1973-cü ildə Ağsu rayununun Nuran kəndi yaxınlığında, sahəsi 10-12 ha olan antik dövrə aid Qaraçıbulaq yaşayış yeri və qəbiristanlığı aşkar edilmişdir. Buradan çaydaşından inşa edilmış dördkünc plana malik tikinti qalıqları, dulus kürələri, təsərrüfat küpləri, dən daşları, saxsı qıf, gil qadın heykəlciyi, gil qablar, tunc xəncər, dəmir nizə ucluqları və müxtəlif bəzək əşyaları tapılmışdır.

Qaraçıbulaq abidəsində yaşayış e.ə. XII əsrdən başlamış və eramızın I əsrinə kimi davam etmişdir. Arxeoloji materiallar göstərir ki, Qaraçıbulaq yaşayış yerinin əhalisinin məşğuliyyətində bütün təsərrüfat sahələri, xüsusən sənətkarlıq mühüm yer tutmuşdur. Uzunboylar antik dövr abidəsi. Abidə Ağsu rayonunun Sanqalan kəndi yaxınlığında yerləşir. Torpaq qəbirlərdə ölülər sağ böyrü üstdə bükülü vəziyyətdə basdırılmışdır. Ətrafına 50-70 saxsı qab, çoxlu dəmir nizə, çin, bıçaq, çapacaq, biz, qıyıq, bəzək əşyaları və s. habelə at, it və quş qoyulmuşdur. Qəbirlərin birindən Qafqaz Albaniyasına məxsus gümüş sikkə də tapılmışdır.

Bəyimli qalası. Ağsu rayonunun Bəyimli kəndi ərazisində erkən orta əsrlər dövrünə aid istehkam tikintilərinin qalıqları vardır. Bu istehkam dördkünc plana malik olmuşdur. Qala divarlarının künc hissələrinin qalınlığı 15 metrə qədərdir. Qalanın ətrafı dərin kanalla əhatələnmişdir. Ehtimal ki, düşmən hücumları zamanı qalanın müdafiəsini daha da möhkəmləndirmək məqsədilə bu kanal su ilə doldurulurmuş.

Ağsu rayonunun ərazisində XIV-XX əsrlərdə tikılmiş tarixi memarlıq abidələri də üstünlük təşkil edir. Bunlara türbələr, qalalar, məscidlər və s. aiddir.

Şeyx Dursun türbəsi. Ağsu şəhərinin şimal-şərqində yerləşən abidənin kitabəsinin bir hissəsi pozulduğu üçün türbənin tarixi ilə bağlı müxtəlif fikirlər yaranmışdır. Ağsu rayonunda nəşr olunan "Birlik" qəzetinin bir çox məqalələrində, Ağsu rayon tarix-diyarşünaslıq muzeyinin materiallarında abidənin tikildiyi tarix 1457-ci il kimi göstərilir. Abidənin divarları əl ilə kəsilib yonulmuş əhəng daşlarından tikilmiş, binası səkkizüzlü prizma şəklindədir. Binanın üst örtüyü konusvari tağla bağlanmışdır. Tağ əl ilə kəsilmiş daşdan düzəldilmişdir.

Xəzinə dağı qalası. Girdiman çayının sol sahilində, Padar kəndi ərazisində xalq arasında Xəzinə dağı adlanan təpənin üç tərəfi sıldırım qayalarla əhatə olunmuşdur. Təpəyə qalxmaq üçün yeganə yolun üzərində çəkilmış qədim qala divarının qalıqları zəmanəmizədək qalır. Qala istehkamının görünən hissəsinin uzunluğu 7 metr, eni isə 4 metrdir. Şeyx Əmir Əhməd türbəsi. Ağsu rayonuMustafalı kəndinin ərazisində yerləşən, ətraf ərazilərin ziyarətgah yerinə çevrilən Şeyx Əmir Əhməd türbəsi 1722-ci ildə inşa olunmuşdur. Bu tarixi memarhq abidəsi əl üsulu ilə kəsilib yonulmuş əhəng daşlrından hörülmüşdür. Abidə səkkizüzlü prizma şəklindədir və fasad hissənin divarbirləşmələrində oyma üsulla naxışlar həkk edilmişdir.

Pir Bəxtiyar türbəsi. Ağsu rayonunun maraqlı memarhq abidələrindən biri də tarixən mövcud olmuş Cavanşır kəndi ərazisində yerləşən Pir Bəxtiyar türbəsidir. Pir Bəxtiyar türbəsinin tikilmə dövrü ətrafdakı qəbir abidələri əsasında təxminən müəyyənləşdirilmişdir. Abidənin cənub-qərb tərəfindəki qəbirlər nisbətən qədimdir. Üzərində tarixi oxunan qəbirlər 1784, 1797, 1805 və s. illərə aiddır. Buna əsaslanaraq demək əlar ki, Pir Bəxtiyar türbəsi təxminən XVIII əsrin sonu XIX əsrin əvvəllərində inşa edilmişdir. Həzrə piri Pir Bəxtiyar türbəsi ilə eyni dövrə aid olan abidədir. Əsrlər keçdikcə bu türbə dağıntılara məruz qalmışdır. Həzrə piri Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində yerləşir. Bura dördkünc memarlıq planında tikilmişdir. Türbənin fasad hissəsində, qapısı üzərində daş kitabə olmuşdur. Dağıntı nəticəsində kitabə parçalanmışdır və hissələri hazırda türbənin daşları arasmda qalmaqdadır.

Şıxməzid türbəsi Ağsu şəhərinin qərb hissəsində, Ağsuçayın sağ sahilində vaxtilə mövcud olmuş Şıxməzid kəndi ərazisində yerləşmişdir. Kəndin adı isə tayfa başçısı Şeyx Məcidlə bağlıdır.

Şeyx Məcidin qəbri üzərində Şeyx Dursun türbəsi üslubunda məqbərə tikilmişdir. Bu türbə müqəddəs yer və ziyarətgah kimi tanınmışdır. XX əsrin 30-cu illərində türbə islam dininə qarşı mübarizə ilə əlaqədar dağıdılmışdır.

Bilal Əfəndi məscidi Ağsu rayonunun Padar və Külüllü kəndləri ərazisində yerləşir. Məscidin binası düzbucaqlı formada olub, 3 otaqdan ibarətdir. Vaxtilə məscidin minbəri olmuş, sovet hakimiyyəti illərində uçurdulmuş, sonralar yenidən bərpa edilmişdir. Məscidin üzərindəki tarixdən məlum olur ki, bina hicri 1305-ci ildə (1889) inşa olunmuşdur.

Qırmızı günbəz və Ağ günbəz. Hər ikitarixi memarlıq abidəsi Ağsu rayonunun Qaraqoyunlu kəndində yerləşir.

Qırmızı günbəzin tarixi daha qədimdir. Abidə hicri 1286-cı ildə (1869-1870) inşa olunmuşdur. Divarları qırmızı bişmiş kərpicdən, səkkizüzlü prizma şəklində inşa olunmuşdur. Ağ günbəzindivarları əl üsultı ilə kəsilib yonulmuş və cilalanmış ağ əhəng daşlardan səkkizüzlü planda tikilmişdir. Abidənin bir giriş qapısı və üç pəncərəsi vardır. Giriş qapısının üstündə ərəb əlifbası ilə yazılmış kitabə yerləşir. Abidə hicri 1327-ci ildə (1909) tikilmişdir.

 

Qədim Qəbələ şəhəri

Rayonun zəngin mədəniyyətə malik olduğunu tapılmış əşyalar və yaşayış məskənləri sübut edir.  Belə ki, Nic kəndinin yaxınlığında Yalovlu dağda eramızdan əvvəl III-I əsrlərdə insan məskənləri olmuşdur. Bu ərazidə dəmir bıçaqlar, xəncərlər, qılınclar, tuncdan hazırlanmış üzüklər, qızıl sırğalar, dəyirman daşları və başqa əşyalar aşkar edilmişdir. Azərbaycanın şimal ərazisində dağlıq və Aran rayonlarda həmin dövrə aid arxeoloji mədəniyyət elmdə Yaloylu mədəniyyəti adlanır.

Qədim Nic Qəbələ şəhərinin yaxınlığında yerləşir. Nij Qafqaz albanlarının nəslindən sayılan Azərbaycan-Udin etnik qrupları arasında xüsusi bir etnik qrupun vətənidir.

Hal-hazırda onların sayı 10000 nəfərdən çox deyil, lakin adət-ənənələrini, dilini və mənəvi mədəniyyətlərini qoruyub saxlamağı bacarıblar. Udin məbədi Azərbaycanda xristianlığın ən qədim abidələrindən biridir. Məbəd 17-18-ci əsrlərdə 4-cü əsrdəki qədim alban kilsəsinin yerində yenidən qurulmuşdur.

Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi , Bum kəndindəki xalq sənəti və tarixi-mədəniyyət abidələri yerləşir. Eləcə də şəhərdə İsmayıl bəy Qurtqaşınlının Ev Muzeyi görülməli yerlərdəndir.

Bu yurdun adı çəkiləndə ilk öncə qədim Qafqaz Albaniyasının 900 illik bir dövrdə (eramızdan əvvəl IV əsrdən eramızın V əsrinədək) paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun bu günə gəlib çatmış möhtəşəm qala divarları xatırlanır. Rayon mərkəzindən 20 km cənubi-qərbdə, indiki Çuxur Qəbələ kəndinin şimal-şərq hissəsində Corlu və Qara çaylarının suayrıcında yerləşən qədim Qəbələ şəhəri öz möhtəşəmliyi, mühüm siyasi, iqtisadi və ticarət mərkəzi kimi dünyanın Babil, Troya, Pompey, Karfagen kimi qədim və məhşur şəhərləri ilə müqaisə olunur.

Görkəmli Azərbaycan arxeoloqlarından S.Qazıyevin, Q.Əhmədovun, İ.Əliyevin, F.Qədirovun və başqalarının burada apardıqları çoxillik arxeloji tədqiqatlar nəticəsində Antik dövrə aid böyük binaların, qala divarlarının qalıqları, istehsal və sənəkarlıqla bağlı maddi - mədəniyyət abidələri aşgara çıxarılmışdır.

2400 illik tarixi olan, qədim “İpək yolunun” üstündə yerləşən Qəbələ şəhərinin adı hələ eramızın I əsrində yaşamış Roma alimi Böyük Plininin ,,Təbii tarix” əsərində Kabalaka, yunan coğrafiyaşunası Klavdi Ptolemey (II əsrdə) Xabala, Ərəb tarixçisi Bəlazuri (IX əsr) Xəzər adlandırmışdır. Ilk dəfə Azərbaycan alimi A.Bakıxanov (XIX əsr) ,,Gülüstani – İrəm” əsərində Kbala və ya Xabalanın Qəbələ olduğunu göstərmişdir.

Əsirlər boyu Azərbaycan torpaqlarına göz tikən yadelli işğalçıların amansIz hücumlarına mərdliklə sinə gərən Qəbələ şəhəri tarixin yaddaşına alınmaz, məğlubedilməz qala-şəhər kimi daxil olmuşdur.

E. I əsrdə romalılar Kabalakanı (Qəbələni)-"oppidum" yəni "istehkam şəhər" kimi tanıyırdılar. Eramızın 262-ci ilində Albaniya Sasanilər tərəfindən işğal olunsa da Qəbələ özünün siyasi və iqtisadi əhəmiyyətini itirmədi. V əsrin ikinci yarısında (464-cü ildə) Albaniya öz müstəqilliyini müvəqqəti itirdiyi və şimal köçərililərinin basqınlarının şiddətləndiyi dövrdə ölkənin paytaxtı Qəbələdən Partava (Bərdəyə) köçürülür. Bundan sonra da Qəbələ ölkənin başlıca ticarət sənətkarlıq, mədəniyyət və mənəvi mərkəzi kimi mövcud olmuşdur.

Qəbələ 1068-ci ildə Şirvanşah Fəriburzun, 1120-ci ildə gürcü çarı III Davidin, 1386-cı ildə Teymurləngin, 1538-ci ildə Səfəvi şahı I Təhmasibin, 1734-cü ildə Nadir şahın qoşunlarının işğalı ilə üz-üzə dayanmış, sarsıntılar keçirmişdirsədə öz əhəmiyyətini tam itirməmişdir. 1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara. Sultanlıqlara və məliklikliklərə bölünmüş və bu zaman Qəbələ də ayrıca sultanlıq idi.

Qəbələ hakimiyyətinin axırıncı Sultani İ.B. Qutqaşınlının atası Naib Nəsrullah Sultanı olmuşdur.

XVIII əsrin sonlarında Qəbələ sultanlığı Qəbələ mahalı adlandırılırdı. 1841-ci ildə Çar Risiyasının Qafqazda apardığı islahatlar nəticəsində Azərbaycanda xanlıqlar ləğv edilərək Quberniya və qəzalarla əvəz olunmuş və bu dövürdə Qəbələ rayonu Yelzavetapol (Gəncə) quberniyasının Nuxa (Şəki) qəzasının tərkibinə qatılmışdır.

Qeyd olunduğu kimi Qəbələnin əlverişli tarixi-coğrafi mövqeyi onun ərazisinin insanlar tərəfindən ta qədimdən mənimsənilməsinə və nəticədə zəngin maddi-mədəniyyət abidələrinin yaranmasına səbəb olmuşdur.

Rayon ərazisində 90-dan çox tarixi, etnaqrofiq, maddi-mədəniyyət abidəsi qeydə alınaraq mühafizə olunur. Qədim Qəbələ şəhərinin qalıqlarını və onun ətrafında aşgar edilmiş bir çox arxoloji tapıntıları mühafizə etmək məqsədi ilə 1985-ci ildə burada 480 hektar sahəni əhatə edən Qəbələ tarix – mədəniyyət qoruğu yaradılmışdır.

Böyük Əmili kəndində eramızdan əvvəl I minilliyə aid olan daş kurqan, Soltannuxa kəndinin cənubunda, Kilsə dağında IV əsrə aid Alban kilsəsi (məbəd), Nic qəsəbəsində antik dövrə aid Nekrapol, Yengicə kəndinin cənubunda IV-XIV əsrlərə aid Qızlar qalası, çay boğazında X-XII əsrlərə aid Surxay qalası, Həzrə kəndində XIV-XV əsrlərə aid türbələr kompleksi, Dızaxlı kəndinin şimali - qərbində yerləşən, VII əsrə aid Komurad məqbərəsi, Qəbələ şəhərindəki Büdxana qalıqları, XVIII əsrə aid 8 güşəli Məscid, XIX-XX əsrlərin başlanğıcında inşa edilmiş Cümə məscidi, İ.B.Qutqaşınlının XIX əsrə aid ev Muzeyi və məzar üstü abidəsi və sair tarixi abidələr rayonun ,,tarixi inciləri” olub, bu yerlərə gələnlərin diqqətini cəlb etməyə bilmir. Qəbələnin tarixi keçmişini və bu gününü öyrənmək, qoruyub saxlayaraq gələcək nəslə çatdırmaq məqsədi ilə rayon rəhbərliyi tərəfindən son dövürlərdə bir sıra tədbirlər həyata keçirilmişdir.

2025-ci il 6-16 iyul tarixlərdə Fransanın paytaxtı Paris şəhərində UNESCO-nun Baş Qərargahında Dünya İrsi Komitəsinin 47-ci sessiyası keçirilib. Sessiyanın gündəliyinə uyğun olaraq 11 iyul tarixdə Dünya İrsinin İlkin Siyahısına təqdim olunan nominasiya fayllarının müzakirəsi aparılıb. Azərbaycan tərəfindən təqdim olunmuş “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” və “Qədim Qəbələ şəhəri” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.

 

 

 Qəbələ Arxeoloji Mərkəzi

Qədim Qəbələ şəhərinin yerləşdiyi ərazidə arxeoloji qazıntılar nəticəsində tapılmış maddi mədəniyyət nümunələri bu mərkəzdə qorunur və sərgilənir. Burada müxtəlif dövrlərə aid silahlar, keramika məmulatları, bəzək əşyaları, qədim sikkələr və məişət avadanlıqları ilə tanış olmaq mümkündür.

Çuxur Qəbələ Qala Kompleksi

Bu abidə Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələnin ən möhtəşəm tikililərindən biridir. Qala divarlarının qalıqları, bürclər və arxeoloji qazıntılar əsasında bərpa olunan məkanlar tarix həvəskarları üçün xüsusi maraq doğurur.

Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi

Qəbələ şəhərində yerləşən bu muzeydə rayonun qədim və orta əsrlər tarixi, etnoqrafiyası, təbiəti və folkloru haqqında zəngin eksponatlar sərgilənir. Muzey ekskursiyaları yerli bələdçilərin izahı ilə daha maraqlı və maarifləndirici olur.

Qafqaz Albaniyasının Kilsə və İbadətgahları

Qəbələ ərazisində Qafqaz Albaniyası dövrünə aid bir neçə kilsə və ibadətgahın qalıqları tapılıb. Xüsusilə Nic kəndində yerləşən qədim Alban məbədi və digər ibadət yerləri xristian irsini yaşadan nadir abidələrdəndir.

Bayramkoxa qalası

Göyçay dərəsindən qərbdə, Kələş düzündən cənubda, Kilsədağ məbədi yaxınlığında olan bu abidə ərazisində olduğu kəndin adı ilə Bayramkoxa qalası adlanır.

Abidənin yerləşdiyi ərazi həm də, Təpələr, yaxud da Yeddi təpə adı ilə məlumdur. 1972-ci ildə Firidun Qədirov tərəfindən orada ilkin arxeoloji tədqiqat işləri aparılmışdır. Məhz həmin qazıntılar nəticəsində müəyyənləşdirilmişdir ki, oradakı təpələr əslində, qalanın ayrı-ayrı bürclərinin qalıqlarıdır. 45x42x 10 sm ölçülü çiy kərpiclə hörülmüş qala bürclərinin qalıqlarının hündürlüyü 5–6 m, diametri isə 15 m-dir. Hər tərəfdə 3 bürc olmaqla, cəmi 8 bürcü var.

Qala quruluş etibarı ilə kvadrat formasındadır. Onun tərəflərinin uzunluğu 90 m, ümumi uzunluğu isə 360 m-dir. Bürclər arası hissədə qala divarları daha çox dağıldığından, onların yeri alçaq köbərə bənzəyir. Qaladan təqribən 100 m şərqdə daha iki təpə mövcuddur. Onlardan 20–25 m cənub tərəfdə isə 40 m uzunluğu olan daha bir köbər yeri var. Yerüstü əlamətlərinə görə, onlar da yuxarıda təsviri verilən tikinti qalıqlarına bənzəyir və çox güman ki, bütövlükdə Bayramkoxa qala kompleksinə aiddir.

Abidədə aparılmış arxeoloji tədqiqatlar zamanı orada, üst qatda təqribən 40 sm qalınlığında lal təbəqə qeydə alınmışdır. Bu, qalanın uzun müddət istifadəsiz qalması nəticəsində əmələ gəlib. Lal təbəqə götürüldükdən sonra orada qalınlığı 40 sm olan mədəni təbəqə olduğu aşkar edilmişdir. Qazıntı zamanı oradan divar və bürc qalıqlarından savayı, ocaq yeri, dəmirdən ox ucu, gil muncuq və şirsiz keramika nümunələri tapılmışdır. Keramika məmulatı içərisində dulus dəzgahında istehsal edilən nümunələr qeydə alınmamışdır.

Bum qalası

Böyük Qafqazın cənub ətəklərində, Bum kəndi yaxınlığında, Bum və Dəyirman çayları arasında yerləşir.

Təbii təsirlər nəticəsində qala əsrlər boyu ciddi dağıntıya məruz qalmışdır. Xüsusilə də Dəyirman və Bum çayları vaxtaşırı olaraq daşaraq abidənin şərq və qərb kənarlarını yuyub dağıtmışdır.

Bum qalası quruluş etibarilə düzbucaqlı formadadır. Onun divarlarının ümumi uzunluğu 114, qala divarlarının qalıqlarının hündürlüyü isə təqribən 2 m-dir. Qalanın cənub tərəfində 4, digər tərəflərindən hər birində isə 3 bürc olmaqla, cəmi 13 bürcü olduğu güman edilir. Şimal, şərq və qərb divarları ciddi dağıntıya məruz qaldığından, qalanın həmin istiqamətdə olan bürclərinin forma və ölçülərini müəyyənləşdirmək çətindir. Cənub divarındakı bürclər, xüsusilə də mərkəzi hissədə olan bürc nisbətən az dağıntıya məruz qalmışdır.

Düzbucaqlı formada olan bu bürcün salamat qalmış hissədə hündürlüyü 1,8–2 metrdir. Yerüstü əlamətlərdən göründüyü kimi, qalanın digər bürcləri də düzbucaqlı formada olub. Xaçmaz Govur qalasında olduğu kimi, Bum qalasında da yer səthindən təqribən 1,5 m hündürlükdə 40x40 sm ölçüdə olan kvadratformalı mazğallar var. Onların ara məsafələri təqribən 2 m-dir.

Govurqala

Qəbələ şəhər xarabalığını iki hissəyə ayıran xəndəyin Cənub tərəfini yerli əhali Qala, yaxud da Govurqala adlandırır. Qəbələnin qala hissəsi təxminən VI əsrdən başlayaraq XVIII əsrin ortalarınadək olan bir dövrü əhatə etməklə, əsasən orta əsr şəhəri olmuşdur. Onun ümumi sahəsi hazırda 13 hektara qədərdir. Səlbirdə olduğu kimi, Qalanın ərazisi də topoqrafik quruluşuna görə mürəkkəb xarakterə malikdir. Belə ki, qərb tərəfdə yarıdan çox hissəsi yüksəklikdir, son dövrlərin tikintiləri onun ərazisində bəzi çökəkliklər və qabarmalar yaratmışdır.

Qalanın cənub tərəfinin divar və bürcləri yerüstü vəziyyətdə yaxşı qalmışdır. Burada yarımdairəvi vəziyyətdə inşa edilmiş dörd əzəmətli bürc və bürcləri birləşdirən divarlar dövrümüzə kimi çatmışdır. Bürc və divarların yuxarı hissəsi tamamilə dağılmışdır. Qərb tərəfdəki bürc şərti olaraq birinci bürc hesab edilir. Onun qərb tərəfi çox dağılmışdır. Qalığının hündürlüyü 10,7 metrdir. Sonra ikinci bürc gəlir ki, onun da hündürlüyü 11,3 metrdir. İçərisi dairəvi şəkildə boşdur. Boşluğun diametri yuxarı hissədə 6,8 metrdir. Hündürlüyü 14 metr olan üçüncü bürcün içərisinin diametri orta hesabla 7 m, divarının qalınlığı 5 metrdir. Bu bürcün alt cərgələrində kirəc məhlulu ilə iri yonma yumşaq (şirim) daşdan hörülmüş 8 cərgə daş divar yaxşı bilinir. Elə buna əsasən Qalanın cənub tərəfindəki bürc və divarların da alt cərgələrinin iri yonma daşdan hörüldüyünü söyləmək olar. Dördüncü bürc, Qalanın cənub divarının şərq qurtaracağındadır. O, təxminən ortadan qopub cənuba tərəf aşmışdır.

İkinci və üçüncü bürclər nisbətən yaxşı vəziyyətdədir. Bürc və qala divarlarının yuxarı hissəsi bişmiş kərpicdən kirəc məlulu ilə hörülmüşdür. İkinci və üçüncü bürclərin arası darvaza olmuşdur. Şəhərin Qala hissəsinin əsas giriş yolu buradan keçmişdir. Şəhərə qalxan ikinci yol isə Qalanın şimal-qərb tərəfindəki yoxuşla gedirmiş. Əslində, buradan Qalaya daha rahat qalxmaq olur. Bu yol yerinin qarşısında divar qalığının olmamasını və enişin ətəyindəki bulağı nəzərə alaran tədqiqatçılar buranı ikinci darvaza yeri hesab edirlər.

Covurluçay Səlbirə nisbətən Qalanın şərq tərəfini çox dağıtmışdır. Onun uçurum şəklində olan indiki görünüşündən aydın olur ki, vaxtilə möhkəm strateji mövqeyə malik idi. Qərb tərəfdən axan Qara çay, Səlbirdə olduğu kimi, Qalanın da qərb tərəfini əlçatmaz istehkama çevirmişdir. Səlbir ilə Qalanın arasından keçən süni müdafiə xəndəyinə gəldikdə isə bu xəndək sonralar Qalanın şimal tərəfdən müdafiəsi işində əlavə istehkam məqsədi daşımışdır. Bəzi alimlərin ehtimalına görə Qalada həyat başlanandan sonra xəndəyin üstündən Səlbir ilə Qalanı birləşdirən açılıb-bağlanan körpü olmuşdur.

 

 

 

Qızlar qalası 

 Qəbələ rayonunun Zalam kəndindən təxminən 3 km şərq tərəfdə, adğın üstündə, əlverişli coğrafi şəraitdə yerləşir. Qala güclü dağıntıya məruz qalmışdır. 1972-ci ildə qajada aparılan arxeoloji qazıntılar nəticəsində qala divarları, bürcləri və darvaza yeri tam aşkarlanmışdır. Dördkünclü biçimdə olan Qızlar qalasinin uzunluğu 16,5 metr, eni 15,7 metrdir. Qala divarlarının qalıqlarının hündürlüyü bəzi yerlərdə 1,5 metrə qədərdir. Qalanın hər bir küncündə monolit dairəvi bürc, hər bir divarında isə yarımdairəvi kontrfors vardır. Bürclərin diametri 3,5 metr, kontrforsların diametri isə 1,5 metrdir. Darvaza qalanın cənub-qərb tərəfində yerləşir və eni 1,8 metrdir. Qalanın salamat qalmış qalıqları daşdan kirəc məhlulu ilə inşa olunmuşdur. Lakin ətrafa səpələnmiş 33 X 33 X 8 sm ölçüdə bişmiş kərpic nümunələrinin çoxluğu istehkamın üst hissəsinin həmin inşaat materialından hörüldüyünü söyləməyə imkan verir.

Arxeoloji qazıntılar nəticəsində Qızlar qalasında 20 sm qalınlığında mədəni təbəqənin varlığı müəyyən olunmuş, daş sütun altlığı fraqmenti və xeyli şəxsi qab qırıqları tapılmışdır. Faktiki materiallar Qızlar qalasının IX əsrdə inşa olunduğunu və XI əsrin əvvəllərinədək istifadə edildiyini söyləməyə imkan verir.

 

Qəbələ rayonunun Vəndam kəndi ərazisində yerləşir. Söhbət kəndin şimalındakı Kiçiktəpə dağının üstündəki yastanda olan qədim tikinti qalıqlarından gedir. Hər tərəfdən dərin dərələrlə əhatə olunan bu ərazini Vəndam sakinləri "Qalaüstü" adlandırırlar.

Təqribən 1 hektara yaxın sahəni tutan abidə Kiçiktəpənin yastan hissəsini bütünlüklə əhatə edir. Abidənin quruluşu ərazinin relyefinə uyğunlaşdırılmışdır. Belə ki, dağın yastanı oval formada olduğundan, qala da oval formada tikilmişdir. Onun şimaldan cənuba doğru uzunluğu 160 m-dir. Ərazisi mərkəzi hissədən başlayaraq cənuba və şimala doğru getdikcə daralır. Beləliklə, abidənin mərkəzi hissəsində eni 60 m, cənub tərəfdə 10 m, şimal hissədə isə cəmisi 4 m-dir.

Çay daşından və əhəng məhlulundan istifadə etməklə inşa olunmuş qala divarlarının bir sıra yerləri uçaraq dərəyə yuvarlanmışdır. Yarısalamat vəziyyətdə qalan yerlərdə onun hündürlüyü 1 m, qalınlığı isə 1,8 m-dir. Abidədə 5 yerdə qala bürcü olduğu güman edilir. Onların hamısı düzbucaqlı formasındadır. Qala bürcləri əsasən relyefə uyğun olaraq döngələrdə tikilib. Qalanın çox da geniş olmayan giriş qapısı cənub tərəfdəndir. O, ölçülərinə görə daha çox Xaçmaz Govur qalasının giriş qapısına bənzəyir. Qala darvazasının yanlarındakı bürclər isə forma və ölçülərinə görə Kəldək və Küngüt qalalarının bürclərinə uyğun gəlir.

 

 

 

 

Həzrə türbələr kompleksi

 

Qəbələ rayonunun Həzrə kəndində yerləşən XV–XVI əsrlərdə inşa edilmiş tarix-memarlıq abidələri kompleksidir. Kompleksə daha əvvəl yeddi türbə daxil olsa da, onlardan dördü dövrümüzə çatmışdır.

Abidələr kompleksi Həzrə kəndi ərazisindəki meşə içərisində yerləşməklə 3.5 hektara yaxın sahəyə malik orta əsr qəbristanlığının mərkəzində inşa edilmişdir. Dövrümüzə çatmış dörd türbə Şeyx Bahəddin, Şeyx Mənsur, Şeyx Məhəmməd və Şeyx Baniyə aiddir. Türbələrdən ikisinin kitabəsində onların I Təhmasibin hakimiyyəti dövründə inşa edildiyi göstərilir.

Kompleksə daxil olan türbələr bir-birindən giriş hissələrinin çərçivələri, karnizlərinin variasiyaları və daxili həcminin həlli ilə fərqlənirlər.

Kompleksə daha əvvəl yeddi türbə daxil olsa da, onlardan dördü dövrümüzə çatmışdır. Dövrümüzə çatmış dörd türbədən ikisi qəzalı vəziyyətdədir.

Abidələr kompleksi Həzrə kəndi ərazisindəki meşə içərisində yerləşməklə 3.5 hektara yaxın sahəyə malik orta əsr qəbristanlığının mərkəzində inşa edilmişdir.

Türbələr hamısı Şirvan-Abşeron memarlıq məktəbi ənənələrinə uyğun şəkildə inşa edilmişdir. Türbələrin portallarında və sənduqələrin üzərində nəfis işlənmiş kitabələr həkk olunmuşdur. Dövrümüzə çatmış dörd türbə Şeyx Bahəddin, Şeyx Mənsur, Şeyx Məhəmməd və Şeyx Baniyə aiddir. Türbələrdən ikisinin kitabəsində onların I Təhmasibin hakimiyyəti dövründə inşa edildiyi göstərilir.

Kompleksə daxil olan türbələr bir-birindən giriş hissələrinin çərçivələri, karnizlərinin variasiyaları və daxili həcminin həlli ilə fərqlənirlər.

Qəbristanlıq ərazisindəki sənduqələr də diqqəti cəlb edir. Həkkak və xəttatlar ərəb əlifbasının xüsusiyyətlərindən istifadə edərək sənduqə və başdaşlarına vurduqları naxışlarla yanaşı abidələrin bəzəyində haşiyə, qaytan və cürbəcür xalçalar şəklində kitabə motivləri də işlətmişlər.

Türbələr

Şeyx Bədrəddin türbəsi

Şeyx Məhəmməd türbəsi

Şeyx Mənsur türbəsi

Şeyx Bani türbəsi