AYNA ƏLİXAN
İctimai-siyasi elmlər üzrə təlimçi, tədqiqatçı, AMEA-nın dissertantı
2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir.
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçiriləcək 13-cü Sessiyası dayanıqlı urbanizasiya sahəsində ən əhəmiyyətli beynəlxalq tədbirlərdən biridir.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri, WUF13 Təşkilat
Komitəsinin sədri Samir Nuriyev: "Şəhərsalma mühitinin
inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir,
çünki bir ölkənin yaşayış məkanlarının, kənd, qəsəbə və şəhərlərinin simasının
dəyişməsi uzunmüddətli inkişaf strategiyasının necə həyata keçirildiyi haqqında
fikir formalaşdıran əsaslardan biridir".
WUF13 Təşkilat Komitəsinin sədri Samir
Nuriyevin bu fikirləri bir daha
göstərir ki, şəhərsalma yalnız infrastrukturun qurulması deyil, eyni zamanda
dövlətin inkişaf fəlsəfəsini, milli baxışını və gələcəyə yönəlmiş strateji hədəflərini
əks etdirən mühüm amildir. Məhz Heydər Əliyev tərəfindən əsası qoyulan şəhərsalma siyasəti
Azərbaycanın müasir və dayanıqlı inkişaf modelinin formalaşmasında fundamental
rol oynayıb.
Şəhərsalma
mühitinin inkişafında ümummilli lider Heydər
Əliyevin strateji
inkişaf xəttinin xüsusi və əvəzolunmaz əhəmiyyəti vardır. Onun rəhbərliyi
dövründə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq siyasəti Azərbaycanın
müasir urbanizasiya modelinin formalaşmasında mühüm rol oynayıb. Paytaxt Bakı
ilə yanaşı, regionlarda da yol-nəqliyyat infrastrukturu, yaşayış kompleksləri,
sosial obyektlər, park və istirahət zonalarının yaradılması, şəhər, kənd , qəsəbələrin
yenilənməsinə və əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edib.
Bu
siyasət nəticəsində şəhərlərin və yaşayış məntəqələrinin sosial, iqtisadi və
ümumi inkişaf dinamikası daha da güclənmişdir. Xüsusilə insanların rahat və təhlükəsiz
yaşayışının təmin edilməsi, ekoloji tarazlığın qorunması, müasir
infrastrukturun yaradılması və milli memarlıq irsinin yaşadılması istiqamətində
həyata keçirilən kompleks layihələr dövlətin insan amilinə verdiyi yüksək önəmin
bariz göstəricisidir.
Bu gün
müasir Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurlar, “ağıllı şəhər”
və “ağıllı
kənd” konsepsiyalarının
tətbiqi, yaşıl enerji layihələrinin genişləndirilməsi və dayanıqlı urbanizasiya
istiqamətində atılan ardıcıl addımlar Heydər
Əliyev tərəfindən
əsası qoyulan "şəhərsalma siyasətinin" nə qədər uzaqgörən və çoxşaxəli
olduğunu bir daha təsdiqləyir.
Və bu
siyasət təkcə müasir memarlıq və infrastrukturun inkişafını deyil, həm də
milli-mədəni irsin qorunmasını və yaşadılmasını əsas prioritetlərdən biri kimi
ön plana çıxarır.
Beləliklə,
Azərbaycanın şəhərsalma modeli müasir çağırışlara cavab verən, eyni zamanda
milli kimliyi və tarixi-mədəni dəyərləri qoruyaraq inkişaf edən dayanıqlı bir
istiqamət kimi formalaşır. Bu yanaşma gələcək nəsillər üçün daha sağlam, təhlükəsiz
və innovativ yaşayış mühitinin yaradılmasına xidmət etməklə yanaşı, Azərbaycanın
qlobal şəhərsalma proseslərində fəal və nüfuzlu iştirakını da təmin edir.
Bu gün İlham
Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası nəticəsində
Azərbaycanın şəhərsalma siyasəti beynəlxalq standartlara uyğun olaraq müasirləşir
və çağdaş urbanizasiya tələblərinə cavab verən yeni inkişaf mərhələsinə qədəm
qoyur.
Bu
mühüm tədbirdə xüsusilə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan dövləti tərəfindən
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma
və şəhərsalma modeli xüsusi diqqət mərkəzindədir. Burada tətbiq olunan “ağıllı
şəhər” və “ağıllı kənd” konsepsiyaları dayanıqlı inkişaf, rəqəmsallaşma
və ekoloji urbanizasiya baxımından yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilir
və Azərbaycanın müasir şəhərsalma siyasətində strateji dönüş nöqtəsini ifadə
edir.
Eyni
zamanda, həmin ərazilərdə müasir infrastrukturun qurulması, innovativ
texnologiyaların geniş tətbiqi və yaşayış mühitinin beynəlxalq standartlara
uyğun şəkildə formalaşdırılması regionların uzunmüddətli və dayanıqlı inkişafı
baxımından mühüm əhəmiyyət kəsb edir.
BMT-nin
Məskunlaşma Proqramı və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə Bakıda
keçiriləcək WUF13 dünyanın diqqətini yenidən ölkəmizə yönəldəcəkdir.
“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və
yaşayış məskənləri” mövzusu çərçivəsində forum qlobal şəhərsalma
çağırışlarını ön plana çıxaracaq, inklüzivlik və dayanıqlı inkişafın əsas
istiqamətlərinin müzakirəsinə şərait yaradacaqdır. Eyni zamanda, bu tədbir Yeni
Şəhər Gündəliyinin icrasının formalaşdırılmasına mühüm töhfə verəcəkdir.
Forumda
iştirakçılar təkcə şəhərinfrastrukturunun inkişafı, davamlı mobillik, rəqəmsallaşma
və sakinlərin həyat keyfiyyətinin yaxşılaşdırılması sahəsində aparıcı qlobal təcrübələr
haqqında məlumat almaq deyil, həmçinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi
perspektivlərinin müzakirəsinə qoşulmaq baxımından da geniş imkanlar əldə edəcəklər.
İndiyədək
180 ölkədən 32 min 225 nəfər qeydiyyatdan keçib ki, bu da artıq WUF
tarixində rekord göstəricidir. Xüsusilə qeyd edək ki, WUF13, həmçinin
WUF
tarixində ilk dəfə Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi
baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu
forum şəhərlər arasında qlobal əməkdaşlığın gücləndirilməsində mühüm addım
olacaq və müasir urbanizasiya problemlərinin effektiv həlli yollarının
hazırlanmasına töhfə verəcək.
Tədbir
çərçivəsində şəhərsalma, idarəetmə və iştirakçılıq kimi mühüm problemləri
müzakirə ediləcək, müxtəlif maraqlı tərəflərin fikirlərini dinləməklə yanaşı,
hamı üçün əlçatan mənzil təminatı,
qeyri-rəsmi yaşayış məskənlərinin transformasiyası, bərpa və yenidənqurma
prosesləri, habelə iqlim davamlılığının gücləndirilməsi məqsədilə atılacaq
addımların müəyyənləşdirilməsi kimi əsas məsələlərə də toxunulacaq.
Ümumdünya
Şəhərsalma Forumunun əsas
prioriteti müasir urbanizasiya proseslərini, şəhərlərin praktiki təcrübəsini,
ekspert biliklərini və innovativ həlləri bir araya gətirərək dayanıqlı və
effektiv inkişaf strategiyalarının hazırlanmasına nail olmaqdır.
Əminliklə
vurğulamaq istərdik ki, Bakı şəhərində keçiriləcək bu forum davamlı mobillik, şəhər
idarəetməsinin rəqəmsal transformasiyası, ətraf mühitin dayanıqlılığı və sakinlər
üçün daha komfortlu şəhər mühitinin formalaşdırılması istiqamətlərində əldə
olunmuş uğurlu təcrübələrin mübadiləsi vasitəsilə bu sahənin inkişafına əhəmiyyətli
dərəcədə dəstək göstərəcəkdir.
Multikultural
dəyərləri ilə seçilən Azərbaycan, paytaxt Bakı şəhərində dostluq və həmrəylik
ruhunda dünyanın ən nüfuzlu şəhərsalma forumlarından biri olan WUF13-na
ev sahibliyi etməyə hazırlaşır. Mayın 17–22-də
keçiriləcək “Hər kəs
üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan bu mühüm beynəlxalq tədbir
qlobal şəhərsalma gündəliyində xüsusi yer tutur.
Bakı şəhəri
dayanıqlı və yaşana bilən şəhər mühitlərinin formalaşdırılması istiqamətində
bütün iştirakçıları bu qlobal platformada bir araya gəlməyə dəvət edir və daha
müasir, təhlükəsiz və inklüziv şəhər gələcəyinin qurulması naminə geniş əməkdaşlığa
hazır olduğunu bəyan edir.