Azərbaycan Ordusunun nüfuzu Ucadan, Ucadır 

Qalib və Güclü Azərbaycan Ordusunun nüfuzuna xələl gətirmək üçün xəbərlər tirajlamaq, düşünürəm düşmən dəyirmanına su tökməkdir, daxildə gedən proses və danışıqları, ortaya çıxan faktları kimsə bilə bilməz, bilmədiyi üçün də obyektiv olması mümkün deyil. Birincisi şəhid qardaşı üzr istəməyib, burada diqqətli olmaq lazımdır, sadəcə özünündə iştirak edərək yayılan bir videodakı danışılanlara özü açıqlama verib, bunu başqa tərəfə yozmaq yolverilməzdir. Azərbaycan Ordusu unutmaq olmaz ki, hər bir azərbaycanlının alnından xəcalət tərini əbədi silən bir Ordudur, Müzəffər Ordudur. Azərbaycan Ordusunun nüfuzu Ucadan, Ucadır. Məntiqlə düşünəndə şəhid qardaşını kimsə video çəkməyə məcbur etməz, ictimaiyyət üçün qaranlıq qalan məqama aydınlıq gətirmək məqsədiylə, şəhid qardaşına yayılan video çəkilişin çəkilməsi təklif oluna bilər. Zənnimcə iddianın yanlış olduğu barədə ortaya faktlar qoyulandan sonra, şəhid qardaşı könüllü şəkildə video çəkilişə razı olmuşdur. Bir şəhid qardaşı, qardaşının şəhid olduğu gün 6 min manat rüşvət alınma iddiasını ortaya atırsa, bu ictimaiyyət tərəfindən birmənalı qarşılanmaya bilər, şəhid qardaşı özü qınanıla bilər. Şübhəli məqamlar dövlət qurumlarının yox, daha çox şəhid qardaşının ətrafında yaranır. Rüşvət verdiyi iddia olunan insan həyatda deyilsə, rüşvət alanı tapmaq mümkün ola bilməz. Azərbaycan hüquqi dövlətdir, kiməsə təzyiq etməklə rüşvət alıb-almadığını öyrənməyə cəhd etmək olmaz, rüşvət alanla bərabər, rüşvəti verəndə məsuliyyət daşıyır. Digər tərəfdən yanaşanda kimsə rüşvət aldığını etiraf etməz, hələ rüşvət verdiyi iddia olunan insan həyatda deyilsə və şahidlərdə yoxsa. Şübhəsiz ki, şəhid Səbuhi Əhmədovun qardaşı dövlət tərəfindən diqqətdən kənar qalmayacaq, böyük etimalla hətta kredit borcunu da dövlət ödəyəcək. Dövlət tərəfindən hər zaman şəhid yaxınlarına xüsusi diqqət göstərilib, birdəfəlik ödəmələr, evlər və maşınlar verilibdir.

Mircalal Mehdiyev