Azərbaycanın Küveytdəki səfirliyində Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin (DFJD) rəhbəri Fuad Hüseynzadənin adından Küveyt və Ərəb Elektron Media Birliklərinin rəhbəri Feysal Xəlifə Əl-Savvağa Azərbaycan və Küveyt arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına verdiyi töhfəyə görə plaket təqdim olunub.
AZƏRTAC-ın məlumatına görə, bununla bağlı Küveytin nüfuzlu “Dasmannews” nəşrində xəbər dərc olunub. Yazıda qeyd olunub ki, Azərbaycanın səfirliyi küveytli jurnalistin ölkəmizin dostu olduğunu qeyd edib. Feysal Xəlifə Əl-Savvağ, öz növbəsində, azərbaycanlı həmkarlarına təşəkkürünü bildirib, Azərbaycan və Küveyt arasında əlaqələrin daha da möhkəmlənməsi, həmçinin iki ölkənin media nümayəndələrinin əməkdaşlığının inkişafı istiqamətində fəaliyyətini davam etdirəcəyini söyləyib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə