Azərbaycan Universitetinin nümayəndələri Qaradağ rayonunun abituriyentləri ilə görüşüblər. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Qaradağ rayon İcra Hakimiyyəti və İxtisas Seçimi Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə Azərbaycan Universiteti ilə yanaşı ölkənin bir sıra ali təhsil müəssisələri də təmsil olunublar. Tədbirin məqsədi abituriyentləri ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələri, qəbul aparılan ixtisaslar, tələbələr üçün yaradılan imkanlar ilə tanış etmək, onların ixtisas və universitet seçiminə kömək etmək olub.
Görüşdə İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı, Abituriyent Məsləhət Mərkəzinin rəhbəri Asif Paşayev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilənova abituriyentlərə Azərbaycan Universiteti haqqında məlumat verib, sualları cavablandırıblar.
Abituriyentlərə onlar üçün hazırlanmış hədiyyələr də təqdim olunub.