“Strateji tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırıb”.
Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Azərbaycan və Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasının yekunlarına dair deyib.
Dövlət başçısı 6 ay əvvəl Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri zamanı Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını və bunun iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırdığını xatırladıb.
İlham Əliyev bildirib ki, indi biz bu Bəyannamənin real siyasət sferasında necə həyata keçirildiyinin şahidi oluruq.